Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: qar

ABŞ-də qar fırtınası: 230 mindən çox ev işıqsız qaldı

ABŞ-də qar fırtınası fonunda 230 mindən çox abunəçi işıqsız qalıb. Primeinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, ümumi kəsinti sayı 230 327 olub. Ən çox elektrik kəsintisi Luiziana (66 838), Missisipi (63 559) və Texas (48 839) ştatlarında qeydə alınıb.

Bakıya qar yağır, bu yollarda hərəkət çətinləşdi - FOTO

Hazırda Bakıda müşahidə olunan qarlı hava şəraiti səbəbindən Suraxanı rayonu, İlqar Musayev, Abbas Fətullayev, Babək küçələri, Xətai rayonu, Səməd bəy Mehmandarov, Əliağa Şıxlinski, İnqilab İsmayılov küçələri və “Neapol” dairəsində nəqliyyatın hərəkəti çətinləşib.

FHN kəskin hava şəraiti ilə bağlı əhaliyə ÇAĞIRIŞ EDİB

Hazırda müşahidə olunan kəskin hava şəraiti ilə əlaqədar Fövqəladə Hallar Nazirliyi (FHN) əhaliyə müraciət edib. FHN-dən Primeinfo.az-a bildirilib ki, hazırda ölkə ərazisində, o cümlədən, Bakıda və Abşeron yarımadasında soyuq, kəskin və yağıntılı hava şəraiti müşahidə olunur. “Bununla əlaqədar Fövqəladə Hallar Nazirliyi əhaliyə təkrar müraciət edərək, müvafiq təhlükəsizlik qaydalarına ciddi əməl etməyə çağırır.

Qarlı hava sabah da davam edəcək - PROQNOZ

Bakıda və Abşeron yarımadasında yanvarın 21-də hava şəraitinin arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Primeinfo.az-a bu barədə Milli Hidrometeorologiya Xidmətindən bildirilib. Bildirilib ki, gündüz yağıntılar tədricən kəsiləcək.

Lerikdə qarın hündürlüyü 85 sm-ə çatıb - FAKTİKİ HAVA

Bakıda və Abşeron yarımadasında, eləcə də əksər bölgələrdə qar yağır, bəzi yerlərdə qarın hündürlüyü 85 sm-ə çatır. Primeinfo.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin yanvarın 20-si saat 11:00-a olan məlumatına əsasən bəzi yerlərdə yağıntılar intensiv xarakterlidir. Bildirilib ki, yağan qarın hündürlüyü Lerikdə 85, Əlibəydə (Zaqatala) 42, Kəlbəcərdə 40, Yardımlıda 38, Laçın, Qubadlı və Şahbuzda 35, Şuşada 25, Sarıbaş (Qax) və Kişçayda (Şəki) 23, Xızıda 20, Quba, Xankəndi və Xaltanda 17, Qusar və Şərurda 13, Qobustanda 12, Xocalı, Göygöl, Şahdağ və Oğuzda 7, Sədərək və Gədəbəydə 6, Ağdam, Füzuli və Ceyrançöldə 5, Göyçay, Tovuz və Daşkəsəndə 4, Tərtər və Qəbələdə 3, Balakən, Bərdə və Naxçıvanda 2, Mingəçevir, Şəmkir, İsmayıllı, Şamaxı, Şabran, Goranboy, Culfa və Ordubadda 1 sm-dir.

DİN-dən yollardakı vəziyyətlə bağlı - XƏBƏRDARLIQ

Daxili İşlər Nazirliyi (DİN) qarlı hava şəraiti ilə bağlı yol hərəkəti iştirakçılarına müraciət edib. Primeinfo.az xəbər verir ki, müraciətdə deyilir: “Hazırda əvvəlcədən xəbərdarlıq edildiyi və proqnozlaşdırıldığı kimi, o cümlədən paytaxtda və digər şəhər və rayonlarda yol hərəkəti iştirakçıları üçün əlverişsiz hava və yol şəraiti müşahidə olunur. Mövcud vəziyyət yol hərəkətinin təhlükəsizliyinə birbaşa təsir göstərir və hər kəsdən daha yüksək diqqət və məsuliyyət tələb edir.

Naxçıvanda DYPİ-dən qarla bağlı sürücü və piyadalara MÜRACİƏT 

Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi İdarəsi muxtar respublikada hökm sürən qarlı, şaxtalı və qeyri-sabit hava şəraiti ilə əlaqədar sürücü və piyadalara müraciət edib Nazirliyin mətbuat xidmətindən Primeinfo.az-a bildirilib ki, havanın qarlı, şaxtalı və qeyri-sabit olması yollarda sürüşmə və qəzaların başvermə ehtimalını artırır. Bunu nəzərə alaraq, sürücülər mövsümi şinlərdən, zəncirlə təchiz olunmuş təkərlərdən və texniki cəhətdən tam saz olan avtomobillərdən istifadə etməlidirlər. Onlar sürət həddini seçərkən hava şəraitini və yolun vəziyyətini nəzərə almalı, xüsusilə enişli-yoxuşlu yollarda diqqətli olmalı, əyləc sistemindən mümkün qədər az istifadə etməlidirlər.

Sabah Bakıya sulu qar yağacaq

Sabah Azərbaycanda hava necə olacaq? Yanvarın 20-də gözlənilən hava proqnozu açıqlanıb. Bakıda və Abşeron yarımadasında hava necə olacaq?