"Qarabağ" bu gün "Nyukasl"la cavab oyununa çıxacaq
“Qarabağ” bu gün UEFA Çempionlar Liqasında pley-off mərhələsinin cavab oyununa çıxacaq.
“Qarabağ” bu gün UEFA Çempionlar Liqasında pley-off mərhələsinin cavab oyununa çıxacaq.
UEFA Çempionlar Liqasının pley-off mərhələsində İngiltərədə “Nyukasl” və “Qarabağ” komandaları arasında keçiriləcək cavab oyununa təyinatlar açıqlanıb. Primeinfo.az xəbər verir ki, görüşü İtaliyadan olan hakimlər briqadası idarə edəcək. Matçın baş hakimi tanınmış FIFA referisi Davide Massa olacaq.
İngiltərənin “Nyukasl” klubu Bakı ilə bağlı yenidən paylaşım edib. Primeinfo.az xəbər verir ki, paylaşıma bu sözlər yazılıb: “İndiyədək ən uzun səfərimiz. Bizim Avropa yarışında ən böyükhesablı qələbəmiz”.
“Qarabağ” futbolçuları “Nyukasl”la matçda buraxılan qollardan sonra özlərini ələ ala bilməyiblər. Primeinfo.az-ın “Report”a istinadən məlumatına görə, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “Nyukasl”a qarşı keçirdikləri UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunundan sonra mətbuat konfransında deyib. Mütəxəssis böyük hesabla məğlub olduqları qaşrılaşmanı şərh edib: “Əfsuslar olsun ki, bu cür hesabla məğlub olduq.
Bakıda “Qarabağ” və İngiltərənin “Nyukasl” komandaları arasında keçiriləcək UEFA Çempionlar Liqasının pley-off mərhələsinin oyununa satılan biletlərin sayı açıqlanıb. Primeinfo.az Ağdam klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, indiyədək 27500 bilet satılıb. Qeyd edək ki, “Qarabağ” – “Nyukasl” oyunu fevralın 18-də Tofiq Bəhramov adına Respublika stadionunda, saat 21:45-də start götürəcək.
Bakı Metropoliteni fevralın 18-də UEFA Çempionlar Liqası çərçivəsində “Qarabağ” və İngiltərənin “Nyukasl Yunayted” klubları arasıda keçiriləcək qarşılaşma ilə əlaqədar iş vaxtını 1 saat uzadacaq. Primeinfo.az-a bu barədə Metropolitendən bildirilib. Belə ki, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının müraciəti (AFFA) və “Bakı Metropoliteni” QSC-nin paytaxtda təşkil edilən kütləvi tədbirlər planına uyğun olaraq, fevralın 18-dən 19-na keçən gecə bütün stansiyalar saat 01:00-a qədər sərnişinlərin girişinə açıq olacaq.
“Kolambus Kryu” klubuna keçən Azərbaycan millisinin futbolçusu Nəriman Axundzadənin iki həftədən sonra ABŞ-yə yollanacağı gözlənilir. Primeinfo.az xəbər verir ki, bu barədə “Report”a 21 yaşlı hücumçu ilə əməkdaşlıq edən futbol agenti Tural Əsgərov bildirib. O, forvardın viza işləri tamamlanan kimi sözügedən ölkəyə gedəcəyini söyləyib: “Bu proses təxminən 2 həftə çəkəcək.
“Qarabağ”ın hücumçusu Nəriman Axundzadənin ABŞ-ın MLS liqasında çıxış edən “Kolumbus Kryu”ya transferi rəsmiləşib. Ohayo təmsilçisi 22 yaşlı futbolçu ilə 2029-cu ilin iyun ayına qədər qüvvədə olacaq müqavilə imzalayıb. Primeinfo.az Sportinfo-ya istinadla xəbər verir ki, Nəriman ilk mövsümdə 1 milyon dollar maaş alacaq.
“Qarabağ”ın futbolçusu Nəriman Axundzadə ABŞ-nin “Kolumbus Kryu” klubuna keçir. Primeinfo.az xəbər verir ki, bu barədə Ağdam təmsilçisinin rəsmi saytı məlumat yayıb. Bildirilib ki, qarşı tərəflə aparılan danışıqlar yekun mərhələyə çatıb və tərəflər arasında razılıq əldə olunub.
Bir neçə gündür ki, istər mediada, istərsə də sosial şəbəkələrdə “Neftçi”- “Qarabağ” oyununun təxirə salınması ilə bağlı müzakirələr gedir. Belə ki, “Qarabağ” UEFA Çempionlar Liqasının pley-off mərhələsində “Nyukasl”a qarşı keçiriləcək səfər matçına yaxşı hazırlaşmaq üçün PFL-ə müraciəti “Neftçi” tərəfindən qəbul edilməyib. Primeinfo.az xəbər verir ki, “Neftçi” klubunun “Qarabağı”ın təklifinə yox deməsi müəyyən etirazlara səbəb olub.