Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: Qarabağ FK

“Qarabağ” “Napoli” oyunu ərəfəsində azarkeşlərinə çağırış etdi

“Qarabağ” “Napoli” oyunu ərəfəsində azarkeşlərinə çağırış etdi

“Qarabağ” UEFA Çempionlar Liqasında səfərdə qarşılaşacağı “Napoli” (İtaliya) ilə oyundan öncə azarkeşlərinə müraciət edib. Primeinfo.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Ağdam təmsilçisindən asılı olmayan səbəblərdən qonaq azarkeşlərə ayrılan vauçerlərin satışı noyabrın 21-dən etibarən dayandırılacaq. Hazırda Qarabağ”a dəstək olmaq istəyən azarkeşlər “iTicket.az” portalından onlayın bilet əldə edə bilərlər.

“Napoli” - “Qarabağ” oyununun biletləri satışda - QİYMƏT

“Napoli” - “Qarabağ” oyununun biletləri satışda - QİYMƏT

“Napoli” – “Qarabağ” oyunu üçün vauçerlər bu gün satışa çıxır. Primeinfo.az xəbər verir ki, bu barədə “Qarabağ”ın mətbuat xidmətindən bildirilib. UEFA Çempionlar Liqasının Liqa mərhələsi çərçivəsində keçiriləcək “Napoli” (İtaliya) – “Qarabağ” matçını Neapol şəhərindəki “Stadio Diego Armando Maradona”da izləmək və komandamızı dəstəkləmək istəyən azarkeşlər üçün ayrılmış vauçerlər iTicket.az saytında onlayn şəkildə bu gün saat 15:00-dan etibarən satışda olacaq.

"Anlatmaq olmaz, yaşamaq lazımdır" - Ertem Şener "Qarabağ"dan yazıb - FOTO

"Anlatmaq olmaz, yaşamaq lazımdır" - Ertem Şener "Qarabağ"dan yazıb - FOTO

“Qarabağ” hamını bir-birinə bağlayır”. Primeinfo.az xəbər verir ki, bunu Türkiyənin futbol şərhçisi Ertem Şener sosial şəbəkə hesabında ötən gün UEFA Çempionlar Liqasının ümumi mərhələsində keçirilmiş “Qarabağ” – “Çelsi” matçı (2:2) ilə bağlı paylaşımında yazıb. “Peşədə 30 il olmağıma baxmayaraq, Bakıda Çempionlar Liqasında “Qarabağ” – “Çelsi” matçında yaşadıqlarımı tərif etmək mümkün deyil.

Qurban Qurbanov: “Oyunçularım azərbaycanlı xarakteri göstərdilər” - FOTO

Qurban Qurbanov: “Oyunçularım azərbaycanlı xarakteri göstərdilər” - FOTO

“Qarabağ” dünən UEFA Çempionlar Liqasının 4-cü turunda “Çelsi”ni (İngiltərə) qəbul edib. Primeinfo.az Komanda.az-a istinadən xəbər verir ki, 2:2 hesabı ilə yekunlaşan matçdan sonra “köhlən atlar”ın baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı keçirilib. Q.Qurbanov oyunçularının azərbaycanlı xarakteri göstərdiklərini bildirib: “Öncə azarkeşlərimizi təbrik etmək istəyirəm.

“Qarabağ”da ciddi itki - Kadi oyunu tərk etdi

“Qarabağ”da ciddi itki - Kadi oyunu tərk etdi

“Qarabağ” “Çelsi” ilə matçda ciddi itki ilə üzləşib. Primeinfo.az xəbər verir ki, “Qarabağ”ın yarımüdafiəçisi Kadi Borges zədələnib. O, görüşün 31-ci dəqiqəsində Emanuel Addai ilə əvəzlənib.

"Qarabağ" – "Çelsi" matçının heyətləri bəlli oldu

"Qarabağ" – "Çelsi" matçının heyətləri bəlli oldu

UEFA Çempionlar Liqasının əsas mərhələsinin IV turunda üz-üzə gələcək “Qarabağ” və İngiltərənin “Çelsi” kollektivlərinin start heyətləri bəlli olub. Primeinfo.az-ın məlumatına görə, komandalar meydana aşağıdakı “11-lik”lərlə çıxacaqlar. Qarabağ Coach: Gurban Gurbanov 99 Kochalski (GK) 2 Silva 8 Janković 10 C Zoubir (C) 13 Mustafazade 15 Leandro Andrade 17 Duran 20 Kady 35 Pedro Bicalho 44 Jafarguliyev 81 Medina Chelsea Coach: Enzo Maresca 1 Sánchez (GK) 3 Cucurella 4 Adarabioyo 11 Gittens 17 Andrey Santos 20 João Pedro 21 Hato 24 C James (C) 32 George 41 Estêvão 45 Lavia Qeyd edək ki, “Qarabağ” – “Çelsi” matçı bu gün, saat 21:45-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.

"Çelsi"nin rəsmi səhifəsi Bakıdan paylaşım etdi - VİDEO

"Çelsi"nin rəsmi səhifəsi Bakıdan paylaşım etdi - VİDEO

Bu gün UEFA Çempionlar Liqasının əsas mərhələsinin dördüncü turunda “Qarabağ”la qarşılaşacaq “Çelsi” klubunun rəsmi səhifəsi Bakıdan paylaşım edib. Primeinfo.az xəbər verir ki, paylaşımda paytaxt küçələrinin tarixi yerləri əks olunub. Həmin görüntüləri təqdim edirik:   Bu gönderiyi Instagram’da gör   Oxu.Az (@oxuaz)’in paylaştığı bir gönderi

"Qarabağ"dan azarkeşlərə müraciət: stadiona erkən gəlin!

"Qarabağ"dan azarkeşlərə müraciət: stadiona erkən gəlin!

“Qarabağ” klubu UEFA Çempionlar Liqasının əsas mərhələsinin IV turunda Bakı İngiltərənin “Çelsi” komandasına qarşı keçirəcəyi oyundan əvvəl azarkeşlərə müraciət edib. Primeinfo.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Azərbaycan çempionu matçı izləmək üçün fanatları stadiona erkən gəlməyə çağırıb: “Bu, stadiona rahat daxil olmağa, sıxlıqdan yayınmağa və komandanın isinmə hərəkətlərini tam dolu tribunalar qarşısında həyata keçirərək əlavə motivasiya qazanmasına imkan verəcək.

"Qarabağ”ın oyununa qanunsuz bilet satanlar TUTULDU - VİDEO

"Qarabağ”ın oyununa qanunsuz bilet satanlar TUTULDU - VİDEO

DİN Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi noyabrın 5-də Çempionlar Liqasının növbəti mərhələsində Tofiq Bəhramov adına stadionda keçiriləcək “Qarabağ”–“Çelsi” futbol oyununun biletlərini qeyri-qanuni yolla onlayn satışa çıxaran bir qrup şəxsin müəyyən edilməsi istiqamətində əməliyyat-texniki tədbirlər həyata keçirib. Primeinfo.az xəbər verir ki, biletləri əvvəlcədən onlayn qaydada və rəsmi satış məntəqələrindən əldə edib, daha sonra sosial şəbəkə platformalarında müxtəlif səhifələrdə, eləcə də “qara bazar”da dəyərindən daha artıq qiymətə satmaq istəyən Emil Dadaşov, Cavid Dadaşov, Rəşad Həsənov, Murad Mirkişiyev və Vüsal Zalov kiberpolis tərəfindən saxlanılıblar. Araşdırmalar zamanı müəyyən edilib ki, həmin şəxslər biletlərin məhdud sayda olması və oyuna vətəndaşların göstərdikləri böyük maraqdan sui-istifadə edərək bu hüquqazidd əməli törədiblər.