Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: quba

Leyla Əliyeva Qubada iftar məclisində iştirak edib - FOTO

Fevralın 24-də Leyla Əliyeva Qubada şəhid ailələri və rayon ictimaiyyəti ilə birlikdə iftar məclisinə qatılıb. Primeinfo.az xəbər verir ki, əvvəlcə Leyla Əliyeva “Bizim Mətbəx” layihəsinin könüllüləri ilə birlikdə yeməklərin iftar süfrəsi üçün hazırlanmasında yaxından iştirak edib. Müqəddəs Ramazan ayının mənəvi dəyərlərinin paylaşıldığı məclisdə sakinlərlə birlikdə iftar edilib, dualar oxunub.

Leyla və Alena Əliyevalar Cümə məscidini ziyarət ediblər - FOTO

Fevralın 24-də Leyla Əliyeva və Alena Əliyeva Quba rayonuna səfər çərçivəsində şəhərin əhəmiyyətli tarixi-memarlıq abidələrindən olan Cümə məscidini ziyarət ediblər. Primeinfo.az xəbər verir ki, ziyarət zamanı məscidin imamı Seyran Fərəczadə və məscidin dini icmasının sədri İlqar Bayramov Quba Cümə məscidi barədə ətraflı məlumat verib. Bildirilib ki, məscid XIX əsrin unikal memarlıq nümunələrindən biri olmaqla bölgənin dini-mədəni həyatında mühüm yer tutur.

Qubanın bədnam icra başçısının adı sauna qalmaqalında

Bir vaxtlar Quba rayonuna rəhbərlik edən, adı 2012-ci ilin kütləvi etirazları ilə tarixə düşən keçmiş icra başçısı Rauf Həbibov yenidən müzakirə mövzusudur. Bu dəfə söhbət zəhmət haqqından gedir. Primeinfo.az Musavat.com-a istinadən xəbər verir ki, iddialara görə, Rauf Həbibov lüks sauna tikdirib.

“AzInTelecom”dan regionlardakı sahibkarlara dəstək - FOTO - VİDEO

AZCON Holding şirkətlərindən olan “AzInTelecom” MMC və “ABAD” – Ailə Biznesinə Asan Dəstək publik hüquqi şəxsin birgə təşəbbüsü ilə Quba və İsmayıllı rayonlarında fəaliyyət göstərən fərdi sahibkarlara dəstək göstərilib. Primeinfo.az-a bu barədə “AzInTelecom” MMC-dən məlumat verilib. Bildirilib ki, layihə çərçivəsində yerli sahibkarlara istehsal prosesini daha səmərəli etmək məqsədilə meyvəqurutma avadanlıqları təqdim olunub.

Qubada bir ailənin 8 üzvü qonaqlıqda qidadan zəhərlənib

Quba rayonunda səkkiz nəfər qidadan zəhərlənib. Primeinfo.az xəbər verir ki, rayonun Xucbala kəndində qonaqlıq zamanı – 1953-cü il təvəllüdlü N.Şabutov, 1953-cü il təvəllüdlü H.Şabutova, 1986-ci il təvəllüdlü A.Şabutova, 2003-cü il təvəllüdlü A.Şabutova, 2003-cü il N.Şabutova, 2010-cu il D.Şabutov, 2025-ci il təvəllüdlü G.Şabutova və 1978-ci il təvəllüdlü D.Məmmədova qida zəhərlənməsi diaqnozu ilə Qusar Rayon Mərkəzi Xəstəxanasına aparılıblar. Onların paytaxt salatından zəhərləndikləri ehtimal olunur.

Qubada sərnişin avtobusu piyadaları vurub, ölən və xəsarət alan var

Quba rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Primeinfo.az-ın məlumatına görə, Quba-Xaçmaz marşrutu üzrə hərəkətdə olan sərnişin avtobusu rayon mərkəzində 1998-ci il təvəllüdlü İsrafilova Əminə Sahib qızını vurub. O, Quba Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Rüfət Hacıyevin ən bahalı əmlakları özünə qaytarıldı - SİYAHI

Quba-Xaçmaz Regional Təhsil İdarəsinin rüşvət alma ittihamı ilə 8 il 6 ay həbsə məhkum edilmiş keçmiş müdiri Rüfət Hacıyevin üzərinə həbs qoyulmuş əmlaklarının çoxu özünə qaytarılıb. Primeinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, onun yalnız Quba şəhərindəki 2 evi və bir neçə ünvanda yerləşən boş torpaq sahələri müsadirə edilib. Həmin əmlakların orta bazar dəyəri 164 min manat qiymətləndirilib.