Quba və Qusar rayonlarının yarısı işıqsız qalıb. Bunun səbəbi 35 yaşlı kişinin 35 kilovoltluq elektrik dirəyinə çıxması olub. Primeinfo.az Bizim.media-ya istinadən xəbər verir ki, hadisə nəticəsində Qubadan Qusara enerji verən “Quba-1” xəttində enerji təminatı dayandırılıb.
Qubada tövlədə kişi meyiti tapılıb. Primeinfo.az xəbər verir ki, hadisə rayonunun Digah kəndində baş verib. Belə ki, kənd sakini, 1981-ci il təvəllüdlü Kazımov Sərvər Nəsir oğlunun meyiti bacısına məxsus evin həyətində yerləşən tövlədə aşkar edilib.
Voleybol ictimaiyyəti Qubada
Qubada ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Primeinfo.az xəbər verir ki, Quba-Xaçmaz avtomobil yolunun Barlı kəndi ərazisindən keçən hissəsində 31 yaşlı Abbasov Elnur Mehdi oğlu idarə etdiyi motoblok ilə hərəkətdə olan zaman idarəetməni itirib və “Vaz-2107” markalı minik avtomobilinə çırpılıb. E.Abbasov özünü xilas etmək məqsədi ilə asfalt örtüyünə tullanıb, bu zaman H.Osmanovun idatə etdiyi “Ford Transit” markalı avtomobilin altında qalaraq ölüb.
Quba rayonunda avtomobil Hindistandan olan turisti vuraraq öldürüb. Primeinfo.az xəbər verir ki, hadisə rayonun Caqacuq kəndi yaxınlığında baş verib. Bildirilib ki, Hindistan vətəndaşı, 1985-ci il təvəllüdlü Mansur Xanı avtomobil vurub.
Qubada toy karvanında yol hərəkəti qaydalarını kobud şəkildə pozan 8 nəfər Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. Bu haqda Primeinfo.az-a DİN Mətbuat Xidmətindən bildirilib. Həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə protokollar tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib.
Siyəzəndə 17 yaşlı yeniyetmə itkin düşüb. DİN-in Quba regional qrupundan Prieinfo.az-a bildirilib ki, rayon sakini, 2008-ci il təvəllüdlü Bəşirov Sənan Bəşir oğlu avqustun 16-da yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb. Şəkildə gördüyünüz şəxsi tanıyanlardan, eləcə də barəsində məlumatı olanlardan DİN-in “102” Xidməti Zəng Mərkəzinə və ya Siyəzən RPŞ-nin “+994 23 304 02 21”, “+994 50 663 43 99” nömrələrinə məlumat vermələri xahiş olunur.
Son bir həftə ərzində keçirilən nəzarət tədbirləri zamanı Bakı şəhəri, Quba, Xaçmaz və Samux rayonlarında ağacların qanunsuz kəsilməsinə görə yaşıllıqlara 75 min manatdan çox ziyan dəyib. Primeinfo.az xəbər verir ki, bu barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidməti məlumat yayıb. Qeyd edilib ki, araşdırma zamanı Bakı şəhəri Səbail rayonu Badamdar qəsəbəsi Seymur Məmmədov küçəsi 13 ünvanında, Quba rayonu Çiçi kəndi, Xaçmaz rayonu Seyidlər kəndi ərazisində və Samux rayonu Kür çayının sağ sahilində ağacların qanunsuz kəsilməsi nəticəsində yaşıllıqlara 75 min 770 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.
Qubada ayılar kəndə hücum edib.