Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: Rəcəb Tayyib Ərdoğan

Ərdoğan: Xocalı soyqırımını heç vaxt unutmayacağıq

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Xocalı soyqırımının ildönümü ilə bağlı sosial şəbəkə hesabında paylaşım edib. Primeinfo.az xəbər verir ki, paylaşımda deyilir: “Xocalı qətliamının 34-cü ilində öldürülən azərbaycanlı qardaşlarımızı rəhmətlə, kədərlə yad edir, dost və qardaş Azərbaycan xalqına başsağlığı verirəm. Həmişə ürəyimizdə hiss edəcəyimiz bu qeyri-insani qırğını heç vaxt unutmayacağıq”, – Türkiyə Prezidenti qeyd edib.

Rəcəb Tayyib Ərdoğan BƏƏ-yə gedir

Türkiyə Prezidenti fevralın 16-da Birləşmiş Ərəb Əmirliklərinə səfər edəcək. Primeinfo.az xəbər verir ki, o, BƏƏ Prezidenti Məhəmməd bin Zayed Əl Nəhyan ilə görüşündə həm ikitərəfli əməkdaşlığı, həm də regiondakı vəziyyəti müzakirə etməyi planlaşdırır. Danışıqlarda xüsusilə Fələstin, Suriya, Yəmən və Somalidəki proseslərə diqqət yetiriləcək.

Ərdoğan BƏƏ və Efiopiyaya səfər edəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 16-17 fevral tarixlərində Birləşmiş Ərəb Əmirlikləri və Efiopiyayə rəsmi səfər edəcək. Primeinfo.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya direktoru Burhanəddin Duran sosial media hesabında məlumat yayıb. Bildirilib ki, Prezident Ərdoğan 16 fevralda BƏƏ Prezidenti və Əbu-Dabi əmiri Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan ilə görüşəcək.

Atasının varisi adlandırılan Bilal Ərdoğan - DOSYE

Türkiyə siyasətində “Ərdoğan sonrası” mərhələ ilə bağlı suallar uzun illərdir qapalı kabinetlərdə və kulis yazılarında müzakirə olunur. Son dövrlər isə bu sual açıq mediaya da daşınıb.  Bununla belə, Bilal Ərdoğanın indiki profili klassik siyasətçi trayektoriyasına uyğun gəlmir.

Türkiyə və Yunanıstan Prezidentləri Ankarada görüşüb - FOTO

Yunanıstan Baş naziri Kiriakos Mitsotakis Türkiyəyə səfər edib. Primeinfo.az xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Yunanıstan liderini qəbul edib. Prezidentlərin Türkiyə-Yunanıstan Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının VI iclasına qatılacaqları gözlənilir.

Türkiyədə kadr islahatları: iki nazir işdən ÇIXARILDI

Türkiyədə hökumətdə bir sıra kadr dəyişiklikləri aparılıb. Daxili İşlər və Ədliyyə nazirliklərinə yeni rəhbərlər təyin edilib. Primeinfo.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan fərman imzalayıb.

Ərdoğan Araqçını qəbul edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda İranın xarici işlər naziri Abbas Araqçı ilə görüşüb. Primeinfo.az xəbər verir ki, bu haqda “TRT Haber” məlumat yayıb. Görüşdə xarici işlər naziri Hakan Fidan da iştirak edib.

Ərdoğan və Pezeşkian telefonla nə danışıblar?

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və İran Prezidenti Məsud Pezeşkian arasında telefon danışığı baş tutub. Primeinfo.az bu barədə “Haber Global”a istinadən xəbər verir. Məlumata görə, telefon danışığı zamanı ikitərəfli münasibətlər və bölgədə artan hərbi gərginlik müzakirə edilib.

“Hürriyyet”: Ərdoğan Trampa İranla bağlı üçtərəfli görüş keçirməyi təklif edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ Prezidenti Donald Trampa İran ətrafında yaranmış vəziyyətlə bağlı üçtərəfli sammit keçirməyi təklif edib. Primeinfo.az xəbər verir ki, bu barədə “Hürriyyet” qəzetinin müəllif yazısında bildirilib. Qeyd edilib ki, bu təklif yanvarın 27-də Türkiyə və ABŞ liderləri arasında baş tutan telefon danışığı zamanı səsləndirilib.