Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: Rəcəb Tayyib Ərdoğan

Ərdoğan Mirziyoyevi hava limanında qarşıladı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rəsmi səfər çərçivəsində Türkiyəyə gələn Özbəkistan Prezidenti Şövkət Mirziyoyevi Esenboğa Hava Limanında çiçəklərlə qarşılayıb. Primeinfo.az xəbər verir ki, qarşılama mərasimində iki lider bir müddət söhbət ediblər. Səfər çərçivəsində Türkiyə ilə Özbəkistan arasında siyasi və iqtisadi əlaqələrin müzakirə olunacağı gözlənilir.

Ərdoğanla Tramp Suriyanı müzakirə ediblər

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Amerika Birləşmiş Ştatları Prezidenti Donald Trampla apardığı telefon danışığının səmərəli keçdiyini bildirib. Primeinfo.az xəbər verir ki, o, əsas mövzunun Suriya məsələsi olduğunu bildirib. Türkiyə lideri qeyd edib ki, İŞİD-lə birgə mübarizə də daxil olmaqla, Suriyanın təhlükəsizliyinə töhfə verəcək bir çox mühüm məsələni ətraflı müzakirə ediblər: “Dünən imzalanan razılaşmanın icrası ilə ən qısa zamanda təşkilatın nəzarəti altında olan digər ərazilər və orada yaşayan mülki əhali də azadlığına qovuşacaq.

Ərdoğan məşhur NBA ulduzu ilə meydana çıxdı - FOTO

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Milli Basketbol Assosiasiyasının (NBA) əfsanəvi basketbolçusu olmuş Şakil O’Nillə görüşüb. Primeinfo.az xəbər verir ki, bu barədə Türkiyə lideri sosial media hesabında paylaşım edib. Məlumata görə, görüş Türkiyədə basketbol mərkəzində baş tutub.

Ərdoğan Suriya prezidentini təbrik etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Suriya Prezidenti Əhməd əş-Şaraanı atəşkəs münasibətilə təbrik etdiyini bildirib. Primeinfo.az xəbər verir ki, o, Suriya ordusunun həyata keçirdiyi əməliyyatların uğurla təşkil olunduğunu xüsusi vurğulayıb. “Suriya ordusunun əməliyyat müddətində mülki əhalinin zərər görməməsi üçün bir cərrah dəqiqliyi ilə hərəkət etməsi təqdirəlayiqdir.

Ərdoğan Türkiyənin düşmənlərinə xəbərdarlıq etdi

Hər kəsə bildirin ki, keçmişdə olduğu kimi, bu gün də sülh və əmin-amanlığın tərəfindəyik. Amma bu, ədalətsizliyə göz yumacağımız və ya zülm qarşısında susacağımız mənasına gəlmir. Primeinfo.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan vilayət rəhbərlərinin toplantısında çıxış edərkən deyib.