Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: Rəcəb Tayyib Ərdoğan

Ərdoğan Orbanı rəsmi mərasimlə qarşıladı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Macarıstanın Baş naziri Viktor Orbanı rəsmi mərasimlə qarşılayıb. APA-nın Türkiyə bürosu xəbər verir ki, ikili görüşdən sonra heyətlərarası görüş keçiriləcək. Bu gün Macarıstan və Türkiyə arasında 16 razılaşmanın imzalanması gözlənilir.

Ərdoğan Venesuela prezidenti ilə telefon danışığı aparıb

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Venesuela prezidenti Nikolas Maduro ilə telefon danışığı aparıb. Primeinfo.az-ın məlumatına görə, danışıq zamanı iki ölkə arasındakı ikitərəfli münasibətlər və regional məsələlər müzakirə olunub. Ərdoğan Maduroya bölgədə baş verən hadisələri yaxından izlədiklərini, Türkiyənin problemlərin dialoq yolu ilə həllinə inandığını və bunu bütün platformalarda vurğuladığını bildirib.

Ərdoğanın müavini Azərbaycana səfər edəcək

Türkiyə Respublikasının vitse-prezidenti Cövdət Yılmaz Azərbaycana səfər edəcək. Primeinfo.az xəbər verir ki, bu barədə Müstəqil Sənayeçi və İş Adamları Dərnəyindən (MÜSİAD) məlumat verilib. Cövdət Yılmazla yanaşı, Türkiyənin ticarət naziri Ömər Bolatın da Azərbaycana gəlməsi ehtimal olunur.

Türkiyə Prezidenti İrana səfər edəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Tehrana səfər edəcək. Primeinfo.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin nümayəndəsi İsmail Bəqai mətbuat konfransında bildirib. Onun sözlərinə görə, hazırda Türkiyə Prezidentinin Tehrana səfərinin tarixinin müəyyənləşdirilməsi üzərində iş gedir: “Səfər prinsip etibarilə razılaşdırılıb.

Xələf Xələfov Akif Çağatay Kılıç ilə görüşüb - FOTO

Azərbaycan Prezidentinin Xüsusi tapşırıqlar üzrə nümayəndəsi Xələf Xələfov Ankarada Türkiyə Prezidentinin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə baş müşaviri Akif Çağatay Kılıç ilə görüşüb. Primeinfo.az xəbər verir ki, bu barədə Azərbaycanın Türkiyədəki səfirliyi məlumat yayıb. Bildirilib ki, görüşdə iki ölkə arasında ikitərəfli münasibətlər və əməkdaşlıq məsələləri müzakirə olunub.

Ərdoğan: "Türkiyə tərəflər arasında birbaşa təmasları asanlaşdırmağa hazırdır" - FOTO

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “istəklilər koalisiyası”nın iclasında ölkəsinin ədalətli və davamlı sülhün tezliklə təmin olunması üçün tərəflərin birbaşa təmaslarını asanlaşdıracaq diplomatik səylərini davam etdirəcəyini vurğulayıb. Primeinfo.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanettin Duran “X” sosial şəəbəkəsində paylaşım edib. B.