Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: Rəcəb Tayyib Ərdoğan

Cənubi Koreya prezidenti Ankarada - FOTO

Noyabrın 24-də Cənubi Koreya prezidenti Lee Jae-myung-un Türkiyəyə rəsmi səfəri başlayıb. Primeinfo.az xəbər verir ki, Türkiyən Prezidenti Rəcəb Tayyib Ərdoğan ali qonağı prezident sarayında rəsmi mərasimlə qarşılayıb. Daha sonra dövlət başçılarının ikitərəfli görüşü başlayıb.

Ərdoğan: "Ədalətli sülh müqaviləsində uduzan olmayacaq"

Türkiyə Ukrayna ilə Rusiya arasında davamlı sülhə nail olmaq istiqamətində səylərə konstruktiv yanaşma sərgiləyir və İstanbuldakı danışıqlar zamanı əvvəllər nümayiş etdirdiyi mühüm rolu oynamağa hazırdır. Primeinfo.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Cənubi Afrikada keçirilən G20 sammitində onu müşayiət edən jurnalistlərlə söhbətində bildirib. Türkiyə lideri xatırladıb ki, Ankara uzun müddətdir Ukraynada sülhün təməlini qoymaq üçün fəal səylər göstərir.

Ərdoğan: "G20 inklüziv iqtisadiyyatda daha çox məsuliyyət daşımalıdır"

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan G20 ölkələrini daha inklüziv və ədalətli qlobal iqtisadiyyatın qurulması üçün daha böyük məsuliyyət götürməyə çağırıb. Primeinfo.az xəbər verir ki, Ərdoğan G20 zirvəsində çıxışında qlobal ticarətin canlandırılması üçün güclü beynəlxalq əməkdaşlığa, yeni siyasət alətlərinə və davamlı təchizat zəncirlərinə ehtiyac olduğunu bildirib. “Qlobal ticarəti canlandırmaq üçün güclü beynəlxalq əməkdaşlıq, yeni siyasət alətləri və davamlı təchizat zəncirlərinə ehtiyac var.

Ərdoğan G20 Liderlər Zirvəsində iştirak edəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan G20 Liderlər Zirvəsində iştirak edəcək. Primeinfo.az xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb. Bildirilib ki, zirvə görüşü 22–23 noyabr tarixlərində Cənubi Afrika Respublikasının Yohannesburq şəhərində keçiriləcək.

Ərdoğan: "Türkiyənin Krım tatarlarına dəstəyi davam edəcək"

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Türkiyənin Krım tatarlarına dəstəyi davam edəcək. Primeinfo.az xəbər verir ki, Ərdoğan bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski ilə Ankarada keçirdiyi birgə brifinqdə danışıb. Türkiyə Prezidenti qeyd edib ki, bu gün Volodimir Zelenski ilə görüşdə bir sıra ikitərəfli məsələləri müzakirə ediblər: “Strateji tərəfdaşımız Ukraynanın ərazi bütövlüyü, suverenliyi və müstəqilliyinin tərəfdarı olduğumuzu bir daha bildirdik.

Ərdoğan Zelenski ilə görüşüb - VİDEO

Ankarada rəsmi səfərdə olan Ukrayna Prezidenti Volodimir Zelenski Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşüb. Primeinfo.az xəbər verir ki, prezidentlərin görüşdən sonra birgə mətbuat konfransı keçirməsi planlaşdırılır.

Ərdoğan Zelenski ilə danışıqlar aparacaq

Noyabrın 19-da Ukrayna Prezidenti Volodimir Zelenski Türkiyəyə işgüzar səfəri çərçivəsində Prezident Rəcəb Tayyib Ərdoğanla danışıqlar aparacaq. Primeinfo.az xəbər verir ki, bu barədə TRT telekanalı məlumat yayıb. Kanalın məlumatına görə, tərəflər ikitərəfli məsələlərlə yanaşı, Rusiya-Ukrayna müharibəsinin hazırkı vəziyyətini və onun mümkün nizamlanması yollarını da müzakirə edəcəklər.