Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: Rusiya Müdafiə Naziri

Rusiya MN ilə müqavilə bağlamış əcnəbilərin ekstradisiyası qadağan edilib

Rusiya Dövlət Duması Rusiya Müdafiə Nazirliyi ilə müqavilə bağlamış və ya Rusiya tərəfdə hərbi əməliyyatlarda iştirak etmiş əcnəbilərin ekstradisiyasını qadağan edib. Primeinfo.az xəbər verir ki, qəbul olunan qanuna görə, Rusiya Federasiyasında hərbi xidmət keçən xarici vətəndaşlar başqa dövlətlərə verilməyəcək. “Bundan əlavə, Rusiya ordusunda müqavilə əsasında hərbi xidmət keçən və ya keçmiş belə vətəndaşlara münasibətdə onların deportasiyası, readmissiyası və ya Rusiya Federasiyasında qalmasının arzuolunmazlığı barədə qərarların qəbul edilməsinin qadağan edilməsi nəzərdə tutulur”, – Rusiya Dövlət Dumasının saytında yerləşdirilən məlumatda bildirilib.

Rusiya MN-in generalı Azərbaycana gəlib - FOTO

Rusiya Federasiyası Müdafiə Nazirliyinin Silahlandırma rəisi – Hava Kosmik Qüvvələri Baş Komandanının silahlandırma üzrə müavini general-polkovnik Yuriy Qrexovun rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizdə səfərdədir. Primeinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyindən bildirilib. Məlumata görə, Hərbi Hava Qüvvələrində olan nümayəndə heyəti burada müdafiə nazirinin müavini – Hərbi Hava Qüvvələrinin (HHQ) komandanı general-leytenant Namiq İslamzadə ilə görüşüb.