"Pakistan Azərbaycanın yanında qaya kimi dayandı" - Şərif
Torpaqların azadlığı uğrunda mübarizədə Pakistan Azərbaycanın yanında qaya kimi dayandı və bundan sonra da belə olacaq. Primeinfo.az xəbər verir ki, bunu Pakistan Baş naziri Məhəmməd Şahbaz Şərif Bakıda Vətən müharibəsində qələbənin beşinci ildönümünə həsr olunmuş hərbi paradda deyib. “Əziz qardaşım Prezident İlham Əliyevin uzaqgörən rəhbərliyi altında azərbaycanlı qardaşlarım tarixin çağırışına qalxdılar.