Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: sefirlik

Paşinyan İran səfirinə cavab verib

İrəvan İran tərəfində yaranmış narahatlıqları aradan qaldırmaq üçün bütün tədbirləri görəcək. Primeinfo.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan İran səfiri Xəlil Şirqolaminin diplomatik nümayəndəliyin qarşısında keçirilən etiraz aksiyaları ilə bağlı sərt açıqlamasına münasibət bildirərkən deyib. “İrandan gələn açıqlamalara çox diqqət edirik.

Azərbaycanın Tailanddakı səfirliyinin açılış mərasimi olub - FOTO

Dekabrın 11-də Banqkok şəhərində Azərbaycan Respublikasının Tailand Krallığındakı Səfirliyinin rəsmi açılış mərasimi keçirilib. Bu barədə Primeinfo.az-a Xarici İşlər Nazirliyindən bildirilib. Qeyd edilib ki, xarici işlər nazirinin müavini Elnur Məmmədov Azərbaycan Respublikasının Tailand Krallığındakı Səfirliyinin açılış mərasimində iştirak edib.

Azərbaycan-İran əlaqələri müzakirə olunub - FOTO

Azərbaycanın İrandakı səfiri Əli Əlizadə İranın xarici işlər nazirinin müavini Vahid Cəlalzadə, nazirliyin Protokol idarəsinin baş direktoru Əli Əkbər Nəzəri və Avrasiya idarəsinin baş direktoru Mənuçehr Muradi ilə görüşüb. Səfirlikdən Primeinfo.az-a verilən məlumata görə, ölkəmizin Təbrizdəki yeni baş konsulu Taleh Zöhrabov onlara təqdim edilib. Görüşdə, həmçinin ikitərəfli əlaqələrə və qarşılıqlı maraq doğuran məsələlərə dair fikir mübadiləsi aparılıb.

Türkiyədə “Daşları toplama zamanı” kitabının təqdimatı keçirilib - FOTO

Türkiyənin Ankara şəhərində yerləşən Qazi Universitetində “Daşları toplama zamanı” adlı kitabın təqdimatı keçirilib. Primeinfo.az xəbər verir ki, Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov kitabın əhəmiyyətindən danışıb. O bildirib ki, “İRS” nəşriyyatının nəşr etdiyi bu kitab tarixi əhəmiyyət daşıyır və Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında mühüm rol oynayacaq.

Moskvadan şok açıqlama: “Azərbaycan səfirliyini ABŞ raketlərinin qalıqları vurub!”

Rusiya Belçikanın xarici işlər naziri Maksim Prevonun Azərbaycanın Kiyevdəki səfirliyinə dəyən ziyanın Rusiya ordusu tərəfindən vurulması ilə bağlı açıqlamasını təkzib edib. Primeinfo.az Musavat.com-a istinadla xəbər verir ki, “Kommersant”ın xəbərinə görə, Rusiyanın Belçikadakı səfirliyi bu ittihamları “əsassız və tələsik verilmiş” adlandırıb. Rusiya səfirliyinin açıqlamasında iddia olunur ki, Azərbaycan səfirliyinə dəymiş ziyan ABŞ istehsalı olan “Patriot” hava hücumundan müdafiə sistemi tərəfindən buraxılan raketlərin qalıqları səbəbindən yarana bilər.

Fransadan Azərbaycan səfirliyini hədəf alan hücuma reaksiya

Fransa Rusiyanın Kiyevdə Azərbaycan səfirliyini hədəf alan hücumunu pisləyib. Primeinfo.az xəbər verir ki, bu barədə Fransa Xarici İşlər Nazirliyi bəyanat yayıb. “Fransa noyabrın 13-dən 14-nə keçən gecə Rusiyanın Kiyevi, enerji obyektlərini, yaşayış məntəqələrini, Azərbaycan səfirliyini və xəstəxananı hədəf alması nəticəsində çoxsaylı insan tələfatı və yaralananların, o cümlədən uşaqların da olduğu kütləvi aviazərbələri qəti şəkildə pisləyir.

Rusiya Azərbaycanın notasına cavab verdi

Azərbaycanın Kiyevdəki səfirliyinə hücum etmək niyyətimiz olmayıb. “İsgəndər” raketi yalnız hava hücumundan müdafiə zamanı diplomatik nümayəndəliyin ərazisinə düşə bilərdi. Primeinfo.az Teleqraf-a istinadən xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının beynəlxalq əlaqələr komitəsi sədrinin birinci müavini Aleksey Çepa deyib .