Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: TƏBİB

TƏBİB-dən 14 yaşlı qızın ana olması ilə bağlı - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Bakıda 14 yaşlı qız uşaq dünyaya gətirib. Mələsə ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Primeinfo.az-a bildirilib ki, 11.12.2025-ci il tarixində saat 01:45 radələrində 2011-ci il təvəllüdlü yeniyetmə (qadın) qarın nahiyəsində şiddətli sancı şikayəti ilə Kliniki Tibbi Mərkəzin Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə hospitalizasiya olunub. “Pasiyentdə dərhal USM müayinəsi aparılıb və 36 həftə 4 günlük hamiləlik müddəti, baş gəlişi, DQVEC- doğuşun I dövrü diaqnozu müəyyən edilərək o, Doğum şöbəsinə yerləşdirilib.

Bakıda məktəbdə 8 şagird saqqızdan zəhərlənib

Bu gün Bakı şəhərinin 14 nömrəli tam orta ümumtəhsil məktəbinin 8 şagirdi naməlum səbəbdən özlərini narahat hiss edib. Şagirdlərdə ümumi narahatlıq və ürəkbulanma əlamətləri müşahidə edilib.

İcbari Tibbi Sığorta Agentliyi və TƏBİB birgə təlim təşkil etdi - FOTO

TƏBİB-in və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (Agentlik) təşkilatçılığı ilə müxtəlif media qurumlarının nümayəndələri və TƏBİB-in nəzdindəki tibb müəssisələrində fəaliyyət göstərən ictimaiyyətlə əlaqələr üzrə mütəxəssislər üçün “Sağlam dialoq: media və səhiyyə kommunikasiyasında yeni paradiqmalar” mövzusunda təlim keçirilib. Primeinfo.az xəbər verir ki, Təlim TƏBİB-in “2024-2026-cı illər üzrə Kommunikasiya Strategiyası” çərçivəsində təşkil olunub. Açılış nitqi ilə çıxış edən TƏBİB-in İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin rəhbəri Zamirə Ədilova qeyd edib ki, təşkil edilən təlimin əsas məqsədi media nümayəndələrinin tibbi savadlılığının artırılması, TƏBİB-in fəaliyyət istiqamətləri üzrə mediada tez-tez təkrarlanan yanlışlıqlara aydınlıq gətirilməsi, piar və effektiv kommunikasiya kimi mövzularda ictimaiyyətlə əlaqələr üzrə mütəxəssislərin bilik və bacarıqlarının artırılmasından ibarətdir: “Təlim müddətində həm də icbari tibbi sığorta sistemində ambulator dərman vasitələri ilə təminat, dövlət proqramlarının, strategiyaların, milli fəaliyyət planlarının və konsepsiyaların icrası prosesində TƏBİB-in rolu məlumatlılığın artırılması, eləcə də emosional sağlamlıq və emosional zəka mövzularında interaktiv məşğələlərin keçirilməsi nəzərdə tutulub”.

Bərdədə bir ailənin 4 üzvü qidadan zəhərlənib  - YENİLƏNİB

Bərdədə qidadan zəhərlənən bir ailənin 4 üzvünün vəziyyəti açıqlanıb. Primeinfo.az TƏBİB-ə istinadən xəbər verir ki, 07.12.2025-ci il tarixində saat 06:30 radələrində Bərdə Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə 4 nəfər hospitalizasiya olunub. Qusma, ürəkbulanma, dispepsiya, dəqiqləşdirilməmiş qida zəhərlənməsi diaqnozları təyin olunan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib.

Kamran Qasımov vəzifəsindən kənarlaşdırıldı

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Data Analitika şöbəsinin müdiri Kamran Qasımov işdən çıxıb. Primeinfo.az bildirir ki, Qaynarinfo-nun məlumatına görə, TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov onu öz istəyi ilə vəzifəsindən azad edib. Kamran Qasımov Prezident yanında Antiinhisar və İstehlak Bazarın Nəzarət Dövlət Agentliyinin Data Analitika, Strategiya və Monitorinq şöbəsinin müdiri təyin edilib.

Bu həkimlərin ştatı ləğv ediləcək - TƏBİB

İlin əvvəlindən apardığımız monitorinq nəticəsində müəyyən etmişik ki, elə stomatoloqlar var, il ərzində onlara xəstə müraciət etməyib. Primeinfo.az xəbər verir ki, bunu TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov Yeni Klinikada təşkil olunmuş brifinqdə jurnalistlərin suallarını cavablayarkən deyib. O bildirib ki, vətəndaş qəbul etməyən stomatoloqların ştatı ləğv olunacaq: “Həmçinin digər həkimlərin də monitorinqləri aparılacaq”.

Vüqar Qurbanov: "Mərkəzdə il ərzində 150 sümük iliyi transplantasiyası həyata keçiriləcək"

Yeni Klinikanın Sümük İliyi Transplantasiyası Mərkəzi həyat xilas edən xidmətlərin ölkə daxilində müasir səviyyədə təşkilinə yönəlib. Azərbaycanda hər il təxminən 150-200 nəfərin sümük iliyi transplantasiyasına ehtiyacı yaranır və bu ehtiyacın bir hissəsi uzun illər xaricdə qarşılanıb. Primeinfo.az xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktoru Vüqar Qurbanov Yeni Klinikada Yeni Robotik Reabilitasiya və Hematologiya – Sümük İliyi Transplantasiyası mərkəzlərinin açılışına dair keçirilən brifinqdə deyib.

22 minə yaxın şəxs qrip əleyhinə peyvənd olunub

Payız-qış mövsümünün başlanması ilə əlaqədar ölkə ərazisində kəskin respirator virus infeksiyalarının, habelə qripin yayılmasının qarşısının alınması məqsədilə ənənəvi profilaktik və əksepidemik tədbirlər həyata keçirilir. TƏBİB-dən Primeinfo.az-a verilən məlumata görə, 8 oktyabrdan 13 noyabradək TƏBİB-in tabeliyində olan tibb müəssisələrində ümumilikdə 21 186 nəfər qrip əleyhinə peyvənd olunub. Onlardan 0-17 yaş aralığı 2 700 nəfər, 18-59 yaş aralığı 14 807 nəfər, 60 yaş və yuxarı isə 3 679 nəfərdir.

İmişlidə 39 həftəlik hamilə qadın ölüb

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) İmişli rayonunda hamilə qadının ölümünün səbəbini açıqlayıb. Primeinfo.az xəbər verir ki, TƏBİB-in məlumatına görə, hadisə ötən gün saat baş verib. 1983-cü il təvəllüdlü qadın 39-40 həftəlik hamiləlik diaqnozu ilə İmişli Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdirilib.