Sabunçu Tibb Mərkəzinin direktoru vəzifəsinə Paşayev Cavid Nazim oğlu təyin edilib. Bu barədə Primeinfo.az-a TƏBİB-dən məlumat verilib. O, hazırkı təyinata qədər “Elit-Central” Hospitalın baş həkimi vəzifəsində çalışıb.
Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyası (WUF13) ilə əlaqədar TƏBİB-in tabeliyində fəaliyyət göstərən tibb müəssisələrində xidmətlərin fasiləsiz təşkili məqsədilə zəruri hazırlıq işləri görülüb.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeli tibb müəssisələrinə yeni direktor və direktor müavinləri təyin olunub. Primeinfo.az xəbər verir ki, qurumun icraçı direktoru Anar Bayramov bununla bağlı müvafiq əmrlər imzalayıb. Əmrlərə əsasən, Erkin Xəyyam oğlu Rəhimov Respublika Pediatriya Mərkəzinin direktoru, Dinar İlqar qızı Qəhrəmanova Respublika Endokrinoloji Mərkəzinin direktoru, Fərəh Afad qızı Qaraqurbanlı Nizami Tibb Mərkəzinə direktor müavini, doğum evinin rəhbəri və Rəxşəndə Mənsur qızı Əhmədova Respublika Dəri-Zöhrəvi Mərkəzinə direktor müavini, baş həkim təyin olunub.
Bakı Baş Səhiyyə Mərkəzinə Şərifova Nərgiz Talıb qızı direktor müavini təyin edilib. Bu barədə Primeinfo.az-a TƏBİB-dən məlumat verilib. Bildirilib ki, N.Şərifova 2003-2004-cü illərdə Azərbaycan Tibb Universitetində həkim-pediatr ixtisası üzrə internaturanı tamamlayıb.
TƏBİB-in İcraçı direktoruna 3 yeni müşavir təyin olunub. Bu barədə Primeinfo.az-a TƏBİB-dən məlumat verilib. Bildirilib ki, sözügedən vəzifəyə Ramil Muxtarzadə, Töhfə Cəmilova və Bahadur Rzayev təyinat alıb.
Yeni Klinika, Mərkəzi Neftçilər Xəstəxanası, Abşeron Rayon Mərkəzi Xəstəxanası və Kliniki Tibbi Mərkəzə yeni direktorlar təyin olunub.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) yeni icraçı direktoruna müavin təyin olunub. Primeinfo.az-ın məlumatına görə, həmin vəzifəyə Rahim Mahir oğlu Hüseynov gətirilib. Belə ki, o, 2025-ci ildən etibarən Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyəti sədrinin müavini vəzifəsində çalışıb.
Yeni direktorlarla bağlı xəbərlər həqiqəti əks etdirmir – TƏBİB
Aprelin 17-si TƏBİB-in icraçı direktoru vəzifəsinə təyin olunan Anar Bayramov əsaslı kadr dəyişiklikləri islahatlarını davam etdirir. Primeinfo.az Qafqazinfo-ya istinadən xəbər verir ki, Abşeron Rayon Mərkəzi Xəstəxanasının direktoru Səkinə Sadıxova da vəzifəsindən azad edilib. Xatırladaq ki, bu gün Sabunçu Tibb Mərkəzinin direktoru Nurəngiz Bəşirova, Klinik Tibbi Mərkəzin direktoru Könül Ələkbərov və “Yeni Klinika”nın direktoru Barat Yusubovun da işdən çıxarıldığı təsdiqlənib.
Sabunçu Tibb Mərkəzinin direktoru Nurəngiz Bəşirova vəzifəsindən azad edilib. Primeinfo.az “Bakupost”a istinadla xəbər verir ki, o, işdən çıxarılması ilə bağlı ərizə yazdığını təsdiqləyib. “Bundan sonrakı qərarı TƏBİB verəcək”, – deyə N.Bəşirova bildirib.