Təcili tibbi yardım xidmətinin operativliyinin artırılması, xüsusilə nəqliyyat sıxlığının müşahidə olunduğu ərazilərdə və pik saatlarda vətəndaşlara daha çevik ilkin tibbi yardımın göstərilməsi məqsədilə TƏBİB tərəfindən yeni “Ambucycle” xidmət modelinin tətbiqinə başlanılıb. Bu barədə Primeinfo.az-a TƏBİB-dən məlumat verilib. Bildiirlib ki, ökədə ilk dəfə olaraq motosikletlərin təcili tibbi yardım xidmətinə cəlb olunduğu bu model hadisə yerinə daha qısa müddətdə çatmağı və həyati əhəmiyyət daşıyan ilk dəqiqələrdə tibbi müdaxilənin göstərilməsini hədəfləyir.
İyulun 4-ü Bakı şəhəri, Yasamal rayonu, Ümid Ələkbərov küçəsində yerləşən yaşayış evində partlayış hadisəsi baş verməsi ilə əlaqədar xəsarət alan 3 nəfərin (2 qadın, 1 kişi) Nərimanov Tibb Mərkəzinin nəzdində olan Yanıq Mərkəzində müalicəsi davam etdirilir, vəziyyətləri ağır qiymətləndirilir. Primeinfo.az xəbər verir ki, bu barədə TƏBİB-dən bildirilib. Hadisə baş verən ərazidən keçərkən xəsarət alaraq Kliniki Tibbi Mərkəzə yerləşdirilən 1 nəfər (qadın) isə ambulator müalicə üçün evə buraxılıb.
TƏBİB-in İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnur Hidayətoğlu vəzifəsindən ayrılıb. Primeinfo.az xəbər verir ki, bu barədə o, sosial şəbəkə hesabında paylaşım edib. Bildirib ki, öz təşəbbüsü ilə TƏBİB-dəki fəaliyyətinə son verib.
“Həkimlər tərəfindən Zəhra Mehdiyevanın həyatının xilas olunması, həyati vacib funksiyalarının qorunması və vəziyyətinin stabilləşdirilməsi istiqamətində bütün zəruri tibbi tədbirlər həyata keçirilib”. Primeinfo.az xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) hüquqşünas Fərhad Mehdiyevin qızı Zəhranın ölümü ilə bağlı Abşeron Rayon Mərkəzi Xəstəxanasını (RMX) və həkim heyətini qeyri-peşəkarlıqda ittiham etməsinə cavab olaraq Modern.az-a bildirib. Qurumdan bildirilib ki, yaralı xəstəxanaya daxil olduqdan dərhal sonra təxirəsalınmaz reanimasiya və intensiv terapiya tədbirlərinə başlanılıb: “Xəstə tibb müəssisəsinə son dərəcə ağır vəziyyətdə çatdırılıb.
Rəna Məmmədova TƏBİB-in İcraçı direktoruna yeni müşavir təyin olunub. Bu barədə Primeinfo.az-a TƏBİB-dən məlumat verilib. Bildirilib ki, Rəna Məmmədova hazırkı təyinatınadək “Paşa Sığorta” ASC-nin Baş tibb inzibatçısı olaraq fəaliyyət göstərib.
Bu il aprel ayından etibarən TƏBİB-in 31 əməkdaşı intizam məsuliyyətinə cəlb edilib. Primeinfo.az xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb. Bildirilib ki, bu il aprel ayından etibarən Sabunçu Tibb Mərkəzi, Qusar Rayon Mərkəzi Xəstəxanası, Xəzər Tibb Mərkəzi, Akademik Mirməmməd Cavadzadə Adına Respublika Kliniki Uroloji Xəstəxanası, Ə.D.Məlikov Adına Binəqədi Tibb Mərkəzi, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi, Şamaxı Rayon Mərkəzi Xəstəxanası, Sumqayıt Tibb Mərkəzi, 11 nömrəli Şəhər Poliklinikası, Yazıçılar Birliyi Poliklinikası, Abşeron Rayon Mərkəzi Xəstəxanası, Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası, Ağdam Rayon Mərkəzi Xəstəxanası, İmişli Rayon Mərkəzi Xəstəxanası, İnnovasiya və Təchizat Mərkəzi, Biləsuvar Rayon Mərkəzi Xəstəxanası, Hövsan Tibb Mərkəzi, 9 saylı Şəhər Poliklinikasında aparılmış yoxlama və araşdırmalar nəticəsində 9 əməkdaşın əmək müqaviləsinə xitam verilib.
Bahadur Məhərrəm oğlu Rzayev TƏBİB-in İcraçı direktorunun müavini təyin edilib. Bu barədə Primeinfo.az-a TƏBİB-dən məlumat verilib. Qeyd edək ki, Məhərrəm Rzayev Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində departament rəhbəri vəzifəsində çalışıb, reabilitasiya xidmətlərinin təşkili, keyfiyyətə nəzarət və xidmətlərin idarə olunması istiqamətlərində fəaliyyət göstərib.
TƏBİB-də kadr dəyişiklikləri davam edir. Primeinfo.az Bakupost.az-a istinadən xəbər verir ki, qurumun daha iki vəzifəli şəxsi ilə əmək münasibətlərinə xitam verilib. İşdən çıxarılanlar TƏBİB-in Daxili nəzarət və monitorinq departamentinin rəhbəri Orxan Ənvərli və Həssas əhali qrupları ilə iş departamentinin Əlillik məsələləri üzrə iş şöbəsinin müdiri Şöhrət Soyziyevdir.
TƏBİB-də kadr dəyişiklikləri davam edir. Primeinfo.az-ın Bakupost.az-a istinadən məlumatına görə, TƏBİB-in yeni rəhbərliyi qurumun mərkəzi aparatında çalışan daha 11 əməkdaşla yollarını ayırıb. İşdən çıxarılanlar arasında 4 departament rəhbəri – İnsan resursları departamentinin rəhbəri Emin Xasıyev, İnzibati idarəetmə departamentinin rəhbəri Vasif Səfərov, Beynəlxalq əlaqələr departamentinin rəhbəri Fidan Mahmudova və İlkin səhiyyə xidməti departamentinin rəhbəri Rəşad Çobanlı da var.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinə yeni rəhbər təyin olunub. Primeinfo.az Manşet.az-a istinadən xəbər verir ki, bu vəzifə Zara İbrahimzadəyə həvalə edilib. O, bu təyinata qədər ABB-də Marketinq departamentinin direktoru, “PAŞA Bank” ASC-də Baş İcraçı Direktorun müşaviri vəzifələrində çalışıb.