
Muğanlı-İsmayıllı magistral yolunun Diyallı kənd ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 7 nəfər (4 kişi, 3 qadın) 20.08.2026-cı il tarixində saat 12:15 radələrində İsmayıllı Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
TƏBİB-dən Primeinfo.az-a verilən xəbərə görə, daxil olarkən pasiyentlərdən 6-nın vəziyyəti ağır olaraq qiymətləndirilib.
Hər birinə zəruri tibbi xidmətlər göstərilib.
Bir nəfər (kişi) valideynlərinin istəyi ilə tibbi xidmətdən imtina edib.
Aparılan reanimasiya tədbirlərinə baxmayaraq, vəziyyəti ağır qiymətləndirilən 1966-cı il təvəllüdlü şəxsin (qadın) saat 12:47-də ölüm faktı qeydə alınıb. Digər şəxslərin müalicəsi davam etdirilir.
Hadisə nəticəsində 02.07.2026-cı il təvəllüdlü körpənin (kişi) həkiməqədər ölüm faktı qeydə alınıb.
***
15:09
İsmayıllıda qəzada ölən və yaralananların kimliyi məlum olub.
Primeinfo.az xəbər verir ki, ölənlərdən biri 2026 cı il təvəllüdlü körpədir.
Hadisə nəticəsində ölənlərdən digəri isə 60 yaşlı Elina Məmmədovadır.
Qəza nəticəsində 29 yaşlı Türkanə Sadıqova, 25 yaşlı İlahə İsmayılova, 25 yaşlı Məmməd Məmmədov, 25 yaşlı Faiq İsmayılov və 25 yaşlı Zahid Nuriyev xəsarət alıb.
***
13:29
İsmayıllıda yol qəzası baş verib.
Primeinfo.az xəbər verir ki, bu gün saat 12 radələrində İsmayıllı rayonu ərazisində “Hyundai” və “Lynco” markalı avtomobillər toqquşub.
Nəticədə 2 nəfər ölüb.
DİN-in Mətbuat Xidmətinin regional qrupundan APA-nın sorğusuna cavab olaraq bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.