
Əmtəə birjalarında qızılın qiyməti son iki ayın maksimumun səviyyəsinə yüksəlib.
Primeinfo.az xəbər verir ki, Nyu-Yorkun COMEX birjasında qızılın bir troya unsiyasının qiyməti 4500 dollar civarındadır. Bu, iyunun 2-dən bəri ən yüksək səviyyədir.
Ekspertlərin fikrincə, 4500 dollar qızılın qiyməti üçün qısamüddətli perspektivdə psixoloji hədd hesab olunur. Qiymətin artmasına ABŞ-də uzunmüddətli istiqrazların geri alışları üçün likvid dəstəyin ikiqat artırılacağı ilə bağlı açıqlama səbəb olub. Dollarların zəifləməsi də dollarla qiymətləndirilən qızılı digər valyutalardan istifadə edən investorlar üçün daha cəlbedici edir.
Gümüşün və palladiumun qiyməti artıb, platin isə ucuzlaşıb.
“Citigroup”un analitikləri qızılın qiymətinin növbəti ay ərzində sabit qalacağını və ya bir qədər azalacağını, ilin dördüncü rübündə 4500 dollar, gələn ilin birinci yarısında isə 5000 dollar olacağını proqnozlaşdırırlar.