Stomatoloqlar etiraz aksiyası keçirirlər - TƏBİB-dən reaksiya - VİDEO - YENİLƏNİB
Azərbaycanın müxtəlif rayonlarından olan stomatoloqlar TƏBİB-in qərarına etiraz edirlər.
Azərbaycanın müxtəlif rayonlarından olan stomatoloqlar TƏBİB-in qərarına etiraz edirlər.
Bayram günlərində əhalinin sağlamlığının qorunması məqsədilə TƏBİB rəhbərliyi tərəfindən tibb müəssisələrinə müvafiq tapşırıqlar verilib.
Ürəyi dayanan pasiyent 45 dəqiqə sonra həyata qaytarılıb.
Xəbər verdiyimiz kimi, Bakıda 14 yaşlı qız uşaq dünyaya gətirib. Mələsə ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Primeinfo.az-a bildirilib ki, 11.12.2025-ci il tarixində saat 01:45 radələrində 2011-ci il təvəllüdlü yeniyetmə (qadın) qarın nahiyəsində şiddətli sancı şikayəti ilə Kliniki Tibbi Mərkəzin Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə hospitalizasiya olunub. “Pasiyentdə dərhal USM müayinəsi aparılıb və 36 həftə 4 günlük hamiləlik müddəti, baş gəlişi, DQVEC- doğuşun I dövrü diaqnozu müəyyən edilərək o, Doğum şöbəsinə yerləşdirilib.
Bu gün Bakı şəhərinin 14 nömrəli tam orta ümumtəhsil məktəbinin 8 şagirdi naməlum səbəbdən özlərini narahat hiss edib. Şagirdlərdə ümumi narahatlıq və ürəkbulanma əlamətləri müşahidə edilib.
TƏBİB-in və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (Agentlik) təşkilatçılığı ilə müxtəlif media qurumlarının nümayəndələri və TƏBİB-in nəzdindəki tibb müəssisələrində fəaliyyət göstərən ictimaiyyətlə əlaqələr üzrə mütəxəssislər üçün “Sağlam dialoq: media və səhiyyə kommunikasiyasında yeni paradiqmalar” mövzusunda təlim keçirilib. Primeinfo.az xəbər verir ki, Təlim TƏBİB-in “2024-2026-cı illər üzrə Kommunikasiya Strategiyası” çərçivəsində təşkil olunub. Açılış nitqi ilə çıxış edən TƏBİB-in İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin rəhbəri Zamirə Ədilova qeyd edib ki, təşkil edilən təlimin əsas məqsədi media nümayəndələrinin tibbi savadlılığının artırılması, TƏBİB-in fəaliyyət istiqamətləri üzrə mediada tez-tez təkrarlanan yanlışlıqlara aydınlıq gətirilməsi, piar və effektiv kommunikasiya kimi mövzularda ictimaiyyətlə əlaqələr üzrə mütəxəssislərin bilik və bacarıqlarının artırılmasından ibarətdir: “Təlim müddətində həm də icbari tibbi sığorta sistemində ambulator dərman vasitələri ilə təminat, dövlət proqramlarının, strategiyaların, milli fəaliyyət planlarının və konsepsiyaların icrası prosesində TƏBİB-in rolu məlumatlılığın artırılması, eləcə də emosional sağlamlıq və emosional zəka mövzularında interaktiv məşğələlərin keçirilməsi nəzərdə tutulub”.
Bərdədə qidadan zəhərlənən bir ailənin 4 üzvünün vəziyyəti açıqlanıb. Primeinfo.az TƏBİB-ə istinadən xəbər verir ki, 07.12.2025-ci il tarixində saat 06:30 radələrində Bərdə Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə 4 nəfər hospitalizasiya olunub. Qusma, ürəkbulanma, dispepsiya, dəqiqləşdirilməmiş qida zəhərlənməsi diaqnozları təyin olunan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib.
Bu gün səhər saatlarında Şəmkir rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Data Analitika şöbəsinin müdiri Kamran Qasımov işdən çıxıb. Primeinfo.az bildirir ki, Qaynarinfo-nun məlumatına görə, TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov onu öz istəyi ilə vəzifəsindən azad edib. Kamran Qasımov Prezident yanında Antiinhisar və İstehlak Bazarın Nəzarət Dövlət Agentliyinin Data Analitika, Strategiya və Monitorinq şöbəsinin müdiri təyin edilib.
İlin əvvəlindən apardığımız monitorinq nəticəsində müəyyən etmişik ki, elə stomatoloqlar var, il ərzində onlara xəstə müraciət etməyib. Primeinfo.az xəbər verir ki, bunu TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov Yeni Klinikada təşkil olunmuş brifinqdə jurnalistlərin suallarını cavablayarkən deyib. O bildirib ki, vətəndaş qəbul etməyən stomatoloqların ştatı ləğv olunacaq: “Həmçinin digər həkimlərin də monitorinqləri aparılacaq”.