
Rusiya ordusu yenidən Kiyevə (Ukrayna) hücum edib, paytaxtda pilotsuz uçuş aparatının (PUA) qalıqlarının düşməsi nəticəsində yanğın baş verib.
Bu barədə Primeinfo.az Report-a istinadən xəbər verir ki, Kiyev meri Vitali Kliçkonun “X” sosial şəbəkəsində paylaşım edib.
“PUA qalıqları qeyri-yaşayış binalarının ərazisinə düşüb. Yanğın baş verib”, – Kliçko bildirib.
Onun sözlərinə görə, hadisə yerinə təcili xidmətlər yollanıb.
Qeyd edək ki, Rusiya qoşunları avqustun 20-nə keçən gecə ballistik və “Tsirkon” hipersəs raketlərindən, eləcə də PUA-lardan istifadə edərək Kiyevə və onun vilayətinə növbəti kütləvi zərbələr endirib. Nəticədə 15 nəfər ölüb.