
2026 – 2030-cu illər ərzində Azərbaycan Respublikası üçün Turizm Səfiri Proqramının yaradılması nəzərdə tutulur.
Primeinfo.az xəbər verir ki, bu, Prezidentin 20 avqust 2026-cı il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında turizmin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın Tədbirlər Planında əksini tapıb.
Belə ki, bu istiqamətdə turizm səfirlərinin iştirakı ilə Azərbaycana tanıtım səfərlərinin təşkili, sosial media və rəqəmsal platformalarda tanıtım kampaniyalarının həyata keçirilməsi və azı 1 beynəlxalq tanınmış şəxsin Turizm Səfiri kimi cəlb edilməsi, minimum 5 birgə rəqəmsal məzmunun hazırlanması və azı 50 milyon baxış və yüksək əhatə göstəricilərinin əldə edilməsi planlaşdırılır.