Xəbər axtarın

Son axtarış nəticələri:

TƏBİB sədri 5 müşaviri və departament rəhbərini işdən çıxardı - ADLAR

21.04.2026 12:04

TƏBİB sədri 5 müşaviri və departament rəhbərini işdən çıxardı - ADLAR

Bir neçə gün öncə TƏBİB-ə müşavir təyin edilən Zeynal Bayramlı vəzifəsindən azad edilib.

Primeninfo.az Manşet.az-a istinadən xəbər verir ki, TƏBİB-in yeni icraçı direktoru Anar Bayramovun müvafiq əmri ilə müşavirləri Elnur Qurbanov, Emil Qasımov, Pərvin Əkbərov və Vüqar Yaqublu tutduqları vəzifələrindən azad olunublar.

Hələ ki onların yerinə təyinat yoxdur. TƏBİB-in icraçı direktorunun digər əmri ilə Strateji inkişaf departamentinin rəhbəri Murad Mirzəyev də işdən çıxarılıb.

Qeyd edək ki, Anar Bayramov aprelin 17-si TƏBİB-in icraçı direktoru vəzifəsinə təyin edilib.

Paylaş: