Xəbər axtarın

Son axtarış nəticələri:

Yeni direktorlarla bağlı xəbərlər həqiqəti əks etdirmir - TƏBİB

23.04.2026 13:14

Yeni direktorlarla bağlı xəbərlər həqiqəti əks etdirmir - TƏBİB

“Bəzi kütləvi informasiya vasitələrində Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) tabeli tibb müəssisələrinin vəzifədən azad olunan direktorlarının yerinə yeni direktorların təyin olunması ilə bağlı xəbərlər dərc olunur”.

Primeinfo.az xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.

Məlumatda bildirilib ki, yeni təyinatlarla bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir və hazırda hər hansı tibb müəssisəsinə yeni təyinat həyata keçirilməyib:

“Qeyd edək ki, tibb müəssisəsində direktorun vəzifəsinə xitam verildiyi halda, onun səlahiyyətləri müvəqqəti olaraq direktor müavinlərindən birinə həvalə olunur. Bu halda tibb müəssisəsinin direktor müavinləri və ya baş həkim direktor vəzifəsini icra edir və bu, müvəqqəti xarakter daşıyır.

Həyata keçirilən struktur və kadr optimallaşdırılması idarəetmə effektivliyinin yüksəldilməsinə, qərar qəbuletmə mexanizmlərinin təkmilləşdirilməsinə və səhiyyə xidmətlərinin keyfiyyətinin davamlı şəkildə artırılmasına xidmət edir”.

Paylaş: