Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: TƏBİB

“Cavadzadə”nin direktoru və baş həkimi işdən çıxarıldı - Yeni təyinatlar - FOTO

Akademik Mirməmməd Cavadzadə adına Respublika Klinik Uroloji Xəstəxanasının direktoru Fariz Babayev və baş həkimi Nicat Kərimov vəzifələrindən azad ediliblər. Primeinfo.az TƏBİB-ə istinadən xəbər verir ki, qurumun icraçı direktoru Vüqar Qurbanovun təqdimatı ilə sözügedən xəstəxanaya Pərviz Hacıyev rəhbərlik edəcək. Bundan əlavə, tibb müəssisəsinə direktor müavini – baş həkim təyinatı da baş tutub.

Təcili yardım mobil tətbiqlə çağırılacaq

Bir neçə həftədən sonra “e-Tabib” tətbiqində “103 xidməti” fəaliyyətə başlayacaq. Primeinfo.az xəbər verir ki, bu sözləri TƏBİB-in İcraçı direktorunun müşaviri Elşad Məmmədli 27-ci Azərbaycan Beynəlxalq Tibb İnnovasiyaları Sərgisi – “Medinex 2025″də deyib. Onun sözlərinə görə, təcili tibbi yardım xidmətinin 90 faiz işi elektronlaşdırılacaq.

Maliyyə Nazirliyi TƏBİB-də yoxlamalar aparır

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində (TƏBİB) maliyyə yoxlamaları həyata keçirilir. Primeinfo.az Teleqraf-a istinadən xəbər verir ki, yoxlamalar TƏBİB-in tabeliyində olan bütün xəstəxanaları əhatə edir. Artıq bir aya yaxındır davam edən nəzarət tədbirləri zamanı bəzi maliyyə pozuntularının aşkarlanması barədə məlumatlar var.

TƏBİB-dən bıçaqlanan Lamiyə ilə bağlı - AÇIQLAMA

Keçmiş həyat yoldaşı Tural Qanbayev tərəfindən çoxsaylı bıçaq zərbəsi alan 1986-cı il təvəllüdlü Lamiyə Qanbayeva 11.10.2025-ci il tarixində ambulator müalicə üçün evə buraxılıb. Bu barədə Primeinfo.az-a TƏBİB-in mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, Lamiyə Qanbayeva evə buraxılarkən vəziyyəti stabil qiymətləndirilib: “Bədənin çoxsaylı kəsilmiş-deşilmiş yarası diaqnozu təyin olunan pasiyent üzərində zəruri instrumental-diaqnostik müayinələrdən sonra cərrahi əməliyyat icra olunub və ona tibb müəssisəsinin müvafiq şöbəsində zəruri tibbi xidmətlər göstərilib”.

İynədən sonra öldüyü deyilən şəxslə bağlı TƏBİB-dən AÇIQLAMA

21.10.2025-ci il tarixində saat 00:00 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Sumqayıt şəhəri ərazisindən təcili çağırış daxil olub. Primeinfo.az xəbər verir ki, bu barədə TƏBİB-dən bildirilib. Məlumata görə, dərhal təcili tibbi yardım briqadası çağırış ünvanına cəlb olunub.

Yasamalda güllələnənin durumu orta ağırdır - TƏBİB

Bakının Yasamal rayonunda oktyabrın 16-sı səhər saatlarında silahlı insidentdə yaralananlardan birinin vəziyyəti stabil, digərininki isə orta ağırdır. Bu barədə Primeinfo.az-a TƏBİB-dən məlumat verilib. Bildirilib ki, oktyabrın 16-sı saat 07:00 radələrində xəsarət alması səbəbilə 1995-ci il təvəllüdlü iki nəfər (kişi) Kliniki Tibbi Mərkəzin Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

TƏBİB-in əməkdaşını bıçaqlayan şəxsə cinayət işi açıldı

Lamiyə Qanbayevanın öldürülməsinə cəhd faktı üzrə cinayət işi başlanıb. Bu barədə Primeinfo.az-a Şirvan şəhər prokurorluğundan məlumat verilib. Məlumatda deyilir: “Oktyabrın 6-da saat 18 radələrində Şirvan şəhər sakini 1986-cı il təvəllüdlü Lamiyə Qanbayevanın “bədənin çoxsaylı kəsilmiş-deşilmiş yaraları” diaqnozu ilə xəstəxanaya yerləşdirilməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.Aparılmış araşdırma zamanı 1988-ci il təvəllüdlü Tural Qanbayevin kəsici-deşici alətlə xəsarətlər yetirməklə Lamiyə Qanbayevanı qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.

TƏBİB-dən Oqtay Şirəliyevin vəfatı ilə bağlı AÇIQLAMA

Sabiq səhiyyə naziri Oqtay Şirəliyev bu gün 75 yaşında Xəzər rayonunun Şüvəlan qəsəbəsindəki yaşadığı evdə dünyasını dəyişib. TƏBİB-dən bildirilib ki, oktyabrın 3-ü saat 17:30 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə müraciət daxil olub. Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub.

Yayda 100-ə yaxın şəxsi gün vurub - TƏBİB

Bu ilin yay mövsümündə (iyun, iyul, avqust ayları üzrə) Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə ölkə üzrə 100-ə yaxın şəxsin müraciəti qeydə alınıb. Primeinfo.az xəbər verir ki, bununla bağlı TƏBİB məlumat yayıb. Bildirilib ki, daxil olan müraciətlərdən 76-sı Bakı şəhəri üzrə olub və onlardan 36 nəfər aidiyyəti üzrə tibb müəssisələrinə hospitalizasiya edilib.