Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə açıq məhkəmə prosesinin baxış iclası dekabrın 26-da davam etdirilib. Primeinfo.az xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Camal Ramazanovdan və Anar Rzayevdən ibarət tərkibdə (ehtiyat hakim Günel Səmədova) keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxslərin hər biri bildikləri dildə tərcüməçi, həmçinin müdafiələri üçün vəkillərlə təmin olunub. İclasda təqsirləndirilən şəxslər, onların müdafiəçiləri, zərərçəkmiş şəxslərin bir qismi, onların hüquqi varisləri və nümayəndələri, həmçinin dövlət ittihamını müdafiə edən prokurorlar iştirak ediblər.
İsrailin şimalında fələstinli terrorçu iki nəfəri qətlə yetirib. Primeinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İsrailin yerli polisinin bəyanatında deyilir. Məlumata görə, terror hücumunu həyata keçirən şəxs avtomobili ilə bir kişini vuraraq üzərindən keçib, başqa bir qadını isə bıçaqlayaraq qətlə yetirib.
Xankəndi şəhərində terror törətməyə cəhd edən Karen Avanesyan 16 il azadlıqdan məhrum edilib. Primeinfo.az xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində Natiq Əliyevin sədrliyi ilə keçirilən prosesdə ona hökm oxunub. Məhkəmənin qərarı ilə K.Avanesyan 16 il azadlıqdan məhrum edilib.
Xankəndidə terrorçuluq və digər xüsusilə ağır cinayətlər törətməkdə təqsirləndirilən erməni əsilli sakin Avanesyan Karen Albertoviçin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Azərbaycanın Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri ilə və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyanın barəsində cinayət işi üzrə məhkəmə prosesi dekabrın 2-də davam etdirilib. Primeinfo.az xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Anar Rzayevdən və Camal Ramazanovdan ibarət tərkibdə keçirilən açıq məhkəmə iclasında (ehtiyat hakim Günel Səmədova) təqsirləndirilən şəxs bildiyi dildə, yəni, rus dilində tərcüməçi, habelə müdafiəsi üçün dövlət hesabına vəkillə təmin olunub. Hakim Zeynal Ağayev prosesdə ilk dəfə iştirak edən zərərçəkmiş şəxslərə və zərərçəkmiş şəxslərin hüquqi varislərinə məhkəmə heyətini, dövlət ittihamını müdafiə edən prokurorları, tərcüməçiləri və s.
Xarici ölkənin ərazisində müxtəlif silahlı qruplaşmaların tərkibində terrorçuluq əməlləri törətməkdə təqsirləndirilən Rəşad Mürsəlov 13 il müddətinə azadlıqdan məhrum edilib. Primeinfo.az-ın məlumatına görə, bu barədə hökm Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Abdulla Məmmədovun sədrliyi ilə keçirilən prosesdə elan olunub. Hökmə əsasən, o, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.
İstanbulda İŞİD terror təşkilatına qarşı genişmiqyaslı əməliyyat keçirilib, 13 şübhəli saxlanılıb, 2 nəfərin axtarışı davam edir. Primeinfo.az xəbər verir ki, əməliyyat İstanbul Respublika Baş Prokurorluğu tərəfindən İŞİD-də qarşı aparılan istintaq çərçivəsində baş tutub. Araşdırmada 15 şübhəli şəxsin terror təşkilatı və münaqişə bölgələri ilə təmasda olduğu müəyyən edilib.