ABŞ Prezidenti Donald Trampın G7 sammiti çərçivəsində Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) lideri Şeyx Məhəmməd bin Zayed Al Nəhyanla görüşü zamanı maraqlı anlar yaşanıb Primeinfo.az Globalinfo.az-a istinadən xəbər verir ki, bu barədə xarici media görüntü yayıb. ABŞ Prezidenti BƏƏ liderinin sakit danışmasına zarafatla münasibət bildirib. Tramp otaqdakı iştirakçılara müraciət edərək “Kimsə onun səsini eşidir?” deyib və daha sonra əlavə edib ki, çox varlı insanlar adətən özlərinə o qədər əmin olurlar ki, səsini yüksəltməyə ehtiyac duymurlar.
Hörmüz boğazı yaxın bir-iki gündə tam açıq olacaq. Primeinfo.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp Fransada Misir Prezidenti Əbdülfəttah əs-Sisi ilə görüşü zamanı deyib. Tramp qeyd edib ki, Hörmüz boğazı artıq qismən açıqdır və yaxın bir-iki gündə tamamilə açılacaq.
Ukrayna Prezidenti Volodimir Zelenski iyunun 17-də ABŞ Prezidenti Donald Trampla görüşəcəyinə ümid etdiyini bildirib. Primeinfo.az xəbər verir ki, Zelenski bu barədə “Obşçestvennoye” nəşrinin Tramp ilə ayrıca görüşün mümkünlüyünə dair sualını cavablandırarkən danışıb. “Komandalarımız gün ərzində müxtəlif səviyyələrdə görüşəcəklər.
ABŞ prezidenti Donald Tramp İranla memorandumun rəsmi imzalanmasından sonra sənədin mətnini dərc etməyi üstün tutduğunu, lakin bunu məcburi tələb hesab etmədiyini bildirib.
İranla əlaqələr normallaşıb. Primeinfo.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp BƏƏ Prezidenti ilə görüşündə deyib. Onun sözlərinə görə, Hörmüz boğazı tam açıldıqdan sonra heç bir rüsum tətbiq olunmayacaq.
Bir çoxu neftlə yüklənmiş olan gəmilər Hörmüz boğazından hərəkət etməyə başlayır.
Prezident İlham Əliyev Donald Trampın Azərbaycanla ABŞ arasında strateji tərəfdaşlığın qurulmasında və dərinləşməsində əvəzsiz rol oynadığını və bunu yüksək qiymətləndirdiyini bildirib. Primeinfo.az xəbər verir ki, Prezident İlham Əliyev ABŞ Prezidentinə 80 illiyi münasibətilə ünvanladığı təbrikində keçən ilin avqust ayında Ağ Evdə Trampla tarixi görüş zamanı başlanmış və altı ay sonra ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vensin ölkəmizə səfəri çərçivəsində başa çatmış Strateji Tərəfdaşlıq Xartiyasının imzalanmasının Azərbaycan-ABŞ münasibətlərini keyfiyyətcə yeni səviyyəyə qaldırdığını vurğulayıb.
Prezident İlham Əliyev 80 illik yubileyi münasibətilə ABŞ prezidenti Donald Trampa təbrik məktubu ünvanlayıb.
ABŞ Prezidenti Donald Trampla Rusiya Prezidenti Vladimir Putin arasında baş tutan telefon danışığının bəzi detalları açıqlanıb. Primeinfo.az xəbər verir ki, Rusiya prezidentinin köməkçisi Yuri Uşakovun sözlərinə görə, Tramp söhbət zamanı Ukraynada hərbi əməliyyatların mümkün qədər tez dayandırılmasının tərəfdarı olduğunu bildirib. Uşakovun iddiasına əsasən, Putin Trampa Ukrayna Prezidenti Volodimir Zelenskinin Holokost faciəsini unutmamalı olduğunu deyib.
“ABŞ və İran arasında saziş yaxın iki-üç saat ərzində imzalanacaq”. Primeinfo.az xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp “Fox News”a açıqlaması zamanı deyib. “Mən indicə prezident Trampla danışdım.