İranın səfiri Türkiyə XİN-ə çağırılıb
İranın Ankaradakı səfiri Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb.
İranın Ankaradakı səfiri Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb.
Türkiyə Nazirlər Kabinetinin martın 9-da keçirilən toplantısında İrandakı vəziyyət, sərhəd təhlükəsizliyi kimi məsələlər müzakirə edilib. Primeinfo.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. “Hərbi toqquşmaların uzanması, daha geniş ərazilərə yayılması zamanı müxtəlif ssenariləri təhlil etdik” , – deyən Ərdoğan bildirib ki, Türkiyənin İran ətrafındakı böhrana cəlb olunmasının qarşısını almaq üçün bütün Türkiyə dövlət qurumları yüksək hazırlıq vəziyyətindədir.
Martın 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana zəng edib.
Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanəddin Duran İranının Türkiyəyə yönələn növbəti raket hücumu ilə bağlı sosial şəbəkə hesabı üzərindən paylaşım edib. Primeinfo.az xəbər verir ki, o, Türkiyənin hava məkanını və sərhəd təhlükəsizliyini qorumaq iradəsi və qabiliyyətinin ən yüksək səviyyədə olduğunu vurğulayıb. Hadisənin əvvəldən bütün qurumlar tərəfindən yaxından izlənildiyini və lazımi müdafiə və təhlükəsizlik tədbirlərinin dərhal həyata keçirildiyini bildirən Duran, bütün müvafiq bölmələrin, xüsusən də Milli Müdafiə Nazirliyinin bu çərçivədə tam koordinasiyalı şəkildə hərəkət etdiyini çatdırıb: “Dövlətimizin Türkiyənin hava məkanını və sərhəd təhlükəsizliyini qorumaq iradəsi və qabiliyyəti ən yüksək səviyyədədir.
Bakı–İğdır marşrutu üzrə növbəti sərnişin təyyarəsi İğdır Hava Limanına enib. Primeinfo.az xəbər verir ki, Naxçıvanla nəqliyyat əlaqəsinin təmin edilməsi məqsədilə Bakıdan Türkiyənin İğdır şəhərinə və əks istiqamətdə təşkil edilən aviareyslər çərçivəsində növbəti sərnişin təyyarəsi İğdır Hava Limanına eniş edib. İğdırdan təşkil ediləcək növbəti reyslə isə 106 sərnişin Bakıya yola düşəcək.
Martın 5-də Türkiyə milli müdafiə naziri Yaşar Gülerin təşəbbüsü ilə Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov arasında telefon danışığı olub. Primeinfo.az xəbər verir ki, bu barədə Azərbaycan MN məlumat yayıb. Tərəflər arasında İran İslam Respublikasının silahlı qüvvələri tərəfindən İran ərazisindən pilotsuz uçuş aparatları (PUA) vasitəsilə Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasının Naxçıvan beynəlxalq hava limanına və digər mülki infrastruktura hücum aktları müzakirə olunub.
Türkiyədə zəlzələ olub. Primeinfo.az AFAD-a istinadən xəbər verir ki, zəlzələ Malatya bölgəsində baş verib. Yerli vaxtla 17:52-də baş verən zəlzələnin maqnitudası 4.3 olub.
Türkiyənin Kahramanmaraş vilayətinin Elbistan rayonunda 4,7 bal gücündə zəlzələ baş verib. Primeinfo.az-ın məlumatına görə, zəlzələ yerin 7 km dərinliyində qeydə alınıb. Dağıntı və tələfat barədə hələlik məlumat yoxdur.
“Bu gün dünyada Türkiyənin nə düşündüyü, nə etdiyi, yeni qlobal və regional proseslər fonunda harada dayandığı və hansı addımları atacağı ciddi maraq doğurur”. Primeinfo.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsinin beynəlxalq mövqeyi və təhlükəsizlik siyasəti ilə bağlı açıqlama verdiyi zaman deyib. Onun sözlərinə görə, Türkiyə beynəlxalq gündəmin əsas aktorlarından birinə çevrilib.
Türkiyənin Zonguldak vilayətinin Kilimli rayonunda mədən yatağında uçqun baş verib. Primeinfo.az-ın verdiyi məlumata görə, 3 nəfər dağıntılar altından sağ çıxarılıb. Hadisə yerinə çox sayda xilasedici və aidiyyəti qurumların əməkdaşları cəlb olunub.