Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: Xocalı

Prezident: "Hərbi cinayətkarların bir hissəsini Azərbaycan Silahlı Qüvvələri məhv edib"

Vətən müharibəsi və antiterror əməliyyatı nəticəsində hərbi cinayətkarların bir hissəsi Azərbaycan Silahlı Qüvvələri tərəfindən məhv edilmişdir, bir hissəsi, xüsusilə separatçıların liderləri sayılan ünsürlər isə müxtəlif dövrlərdə saxlanılmış və məhkəmə qarşısına gətirilmişdir. Primeinfo.az xəbər verir ki, Prezident İlham Əliyev bunu Xocalı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşü zamanı deyib. “Bax bu, ədalətin tam təntənəsidir.

AFFA-nı təhqir edən klub prezidentinə 10 oyunluq cəza verilib

AFFA İntizam Komitəsi Region Liqasında çıxış edən “VT Gəncə” komandasının prezidenti Hacıbala Əzimova 10 oyunluq cəza verib. Primeinfo.az assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, buna “Xocalı” ilə matçda yaşananlar səbəb olub. Sözügedən qarşılaşmada AFFA-nı və hakimləri təhqir edən H.Əzimov növbəti 10 oyuna buraxılmayacaq.

Xocalıda yanğın törədən şəxs saxlanılıb

Yanvarın 13-də Xocalı rayon Dağyurdu kəndi ərazisində yanğın hadisəsi törədən şəxs polis əməkdaşları tərəfindən müəyyən edilib. DİN Mətbuat Xidmətinin regional qrupundan Primeinfo.az-a bildirilib ki, araşdırmalar nəticəsində yanğının Xocalı rayonundakı fermalardan birində çoban işləyən, 1977-ci il təvəllüdlü Babaxan Əhmədovun siqaret kötüyünü yerə atması nəticəsində baş verdiyi məlum olub. Hadisə nəticəsində ümumilikdə 5 hektar sahədə biçilmiş əkin sahəsi və kol-kos yanıb.

Növbəti köç karvanları Ağdərə və Xocalının kəndlərinə çatıb - FOTO 

Növbəti köç karvanları Ağdərə rayonunun Həsənriz, Vəngli və Kolatağ kəndlərinə, Xocalı rayonunun Daşbulaq və Badara kəndlərinə çatıb. Primeinfo.az xəbər verir ki, bu mərhələdə Ağdərə rayonunun Vəngli kəndinə 6 ailə – 14 nəfər, Kolatağ kəndinə 7 ailə – 31 nəfər, Xocalı rayonunun Daşbulaq kəndinə 4 ailə – 11 nəfər, Badara kəndinə isə 15 ailə – 66 nəfər köçürülüb. Köç edənlər respublikanın müxtəlif bölgələrində, əsasən yataqxanalarda, sanatoriyalarda və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.