Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: Xocalı

Növbəti köç karvanları Ağdərə və Xocalının kəndlərinə çatıb - FOTO 

Növbəti köç karvanları Ağdərə rayonunun Həsənriz, Vəngli və Kolatağ kəndlərinə, Xocalı rayonunun Daşbulaq və Badara kəndlərinə çatıb. Primeinfo.az xəbər verir ki, bu mərhələdə Ağdərə rayonunun Vəngli kəndinə 6 ailə – 14 nəfər, Kolatağ kəndinə 7 ailə – 31 nəfər, Xocalı rayonunun Daşbulaq kəndinə 4 ailə – 11 nəfər, Badara kəndinə isə 15 ailə – 66 nəfər köçürülüb. Köç edənlər respublikanın müxtəlif bölgələrində, əsasən yataqxanalarda, sanatoriyalarda və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Azad edilmiş ərazilərdə 25 yeni abidə inventarlaşdırıldı -  FOTO

Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 29 oktyabr tarixli 1170 nömrəli Fərmanına uyğun olaraq işğaldan azad olunmuş ərazilərdə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən həyata keçirilən inventarlaşma işləri davam etdirilir. Görülən işlər nəticəsində Ağdam, Füzuli, Ağdərə və Xocalı rayonları ərazisində 16-ı arxeoloji, 9-u memarlıq abidəsi olmaqla ümumilikdə daha 25 tarix-mədəniyyət abidəsinin yeri müəyyən olunaraq inventarlaşdırılıb. Bu barədə Primeinfo.az-a Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən bildirilib.

Xankəndi, Ağdərə və Xocalıda məskunlaşan əhalinin sayı açıqlanıb - FOTO

Hazırda Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında 23 min nəfərdən çox sakin məskunlaşıb. Bir neçə yaşayış məntəqəsində təmir-bərpa işləri davam etdirilir. Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən Primeinfo.az-a verilən məlumata görə, bunu noyabrın 24-də Xankəndi şəhərində “Konstitusiya və Suverenlik ili”nə həsr edilmiş “Səyyar Gənclər Xidməti” layihəsinin Qarabaq Universitetində keçirilən tədbirdə Prezidentin Xankəndi, Ağdərə və Xocalı rayonlarında xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov deyib.

Daha 31 ailə Xocalının kəndlərinə yola salındı

Xocalı rayonunun Xanyurdu və Şuşakənd kəndlərinə növbəti köç karvanları yola salınıb. Primeinfo.az xəbər verir ki, bu mərhələdə Şuşakənd kəndinə 19 ailə (55 nəfər), Xanyurdu kəndinə isə 12 ailə (34 nəfər) qayıdır. Köç edənlər ölkənin müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Xocalının daha iki kəndinə növbəti köç oldu - FOTO

Noyabrın 13-də Xocalı rayonunun Daşbulaq və Badara kəndlərinə növbəti köç mərhələsi həyata keçirilib. Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən Primeinfo.az-a verilən məlumata görə, bu gün hər iki kəndə ümumilikdə 50 nəfərdən ibarət 15 ailə köçürülüb. Onlardan 9 ailə Daşbulaq, 6 ailə isə Badara kəndində daimi məskunlaşıb.

Türkiyəli jurnalistlər Qarabağa səfər ediblər - FOTO

Qarabağa növbəti media səfəri təşkil olunub. Türkiyə KİV-in Qars, Ərzurum və İğdırdan olan 15 nəfərlik nümayəndəsi Ağdam, Xocalı və Xankəndi şəhərlərinə səfər ediblər. Primeinfo.az-a Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, səfər çərçivəsində jurnalistlər ilk olaraq Xocalının Əsgəran qalasında olublar.

Xocalının 3 kəndinə köç karvanı yola salındı

İşğaldan azad edilmiş ərazilərə Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq Böyük Qayıdış davam edir. Primeinfo.az xəbər verir ki, oktyabrın 28-də respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanları Ağdamdan Xocalının Ballıca, Təzəbinə və Badara kəndlərinə yola salınıb. Bu mərhələdə Ballıca kəndinə 13 ailə – 51 nəfər, Təzəbinə kəndinə 17 ailə – 72 nəfər, Badara kəndinə isə 17 ailə – 62 nəfər köçürülür.