Oktyabrın 24-də Xocalı rayonunun Seyidbəyli və Daşbulaq kəndlərinə növbəti köç olub. Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən Primeinfo.az-a verilən məlumata görə, bu mərhələdə ümumilikdə 85 nəfərdən ibarət 26 ailə doğma yurdlarına qayıdıb. Onlardan 61 nəfər (18 ailə) Seyidbəyli kəndinə, 24 nəfər (8 ailə) isə Daşbulaq kəndinə köçürülüb.
Xocalı rayonunun Şuşakənd kəndinə növbəti köç karvanı yola salınıb. Primeinfo.az xəbər verir ki, bu gün Şuşakənd kəndinə 27 ailə (116 nəfər) köçürülür. Bununla da kəndə köçürülən ailələrin sayı 42-yə (175 nəfər) çatacaq.
“Böyük Qayıdış” proqramı çərçivəsində işğaldan azad olunmuş ərazilərə keçmiş məcburi köçkünlərin mərhələli və könüllü şəkildə qayıdışı davam edir. Hazırda Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında 22 minə yaxın şəxs məskunlaşıb”.
Oktyabrın 8-də Xocalının Xanyurdu kəndinə növbəti köç olub. Primeinfo.az xəbər verir ki, ölkənin müxtəlif şəhər və rayonlarında müvəqqəti məskunlaşmış 69 nəfərdən ibarət 18 ailə bu gün Xanyurdu kəndinə köçürülüb. Sakinlərə yeni tikilmiş fərdi yaşayış evlərinin açarları təqdim edilib.
Qarabağa köç planına əsasən, 19 yaşayış məntəqəsinə, o cümlədən, Xankəndi, Xocalı, Ağdərəyə əhalinin köçü ilə bağlı təmir-bərpa işlərinin aparılması məqsədilə qismən yararlı evlər müəyyən edilib. Bu barədə Primeinfo.az-a Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Belə ki, bu sırada Xankəndi şəhərinin Kərkicahan qəsəbəsi, Xocalı rayonunun 11 kəndi (Ballıca, Xanyurdu, Təzəbinə, Daşbulaq, Badara, Seyidbəyli, Xanabad, Şuşakənd, Almalı, Çanaqçı və Mehdibəyli) və Ağdərə rayonunun 7 kəndi (Həsənriz, Vəngli, Kolatağ, Çıldıran, Heyvalı, Aşağı Oratağ və Çapar) var.