Noyabrın 18-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən Primeinfo.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Günün birinci yarısında bəzi yerlərdə yağış yağacağı ehtimalı var.
Noyabrın 16-sı axşam Azərbaycanın qərb rayonlarından başlayaraq 17-si gündüzədək bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir.
Bakıda noyabrın 15-də havanın çiskinli olacağı, rayonlarda leysan yağacağı gözlənilir. Bu barədə Primeinfo.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Azərbaycanın rayonlarında noyabrın 14-ü axşamdan 15-i gündüzədək bəzi yerlərdə hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir. Primeinfo.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti xəbərdarlıq yayıb. Qeyd olunub ki, əsasən şərq rayonlarında yağıntının qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var.
Bakıda və Abşeron yarımadasında noyabrın 6-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Primeinfo.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, 5-dən 6-na keçən gecə və səhər bəzi yerlərdə çiskinli yağış yağacağı ehtimalı var.
Hazırda Bakıda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. Primeinfo.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin məlumatında deyilir. Bununla bağlı Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları tərəfindən məlumat-sürət tablolarında dəyişiklik edilib.
Oktyabr ayında Bakı və Abşeron yarımadasında havanın temperaturu iqlim norması ilə müqayisədə 27 gün normadan yuxarı (0.1- 6 dərəcə), 4 gün isə normadan aşağı (1.4-2 dərəcə) olub. Orta aylıq temperatur 18.7 dərəcə isti olub ki, bu da iqlim normasından 2.6 dərəcə yuxarıdır. Primeinfo.az xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov bildirib.
Bakıda və Abşeron yarımadasında noyabrın 2-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecəyə doğru bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Milli Hidrometeorologiya Xidmətindən Primeinfo.az-a verilən məlumata görə, havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.
Bu il noyabr ayında havanın orta aylıq temperaturunun, əsasən, iqlim normasına yaxın olacağı gözlənilir. Bu barədə Primeinfo.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Aylıq yağıntının miqdarı əsasən iqlim normasına yaxın, bəzi ərazilərdə isə normadan bir qədər çox olacağı ehtimal olunur.
Oktyabrın 29-u saat 19:00-a olan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən Primeinfo.az-a verilən məlumata görə, əvvəlcədən xəbər verildiyi kimi ölkə ərazisinin bəzi yerlərində küləkli və yağıntılı hava şəraiti müşahidə olunur. Bir sıra ərazilərdə şimal-qərb küləyi əsir.