Hazırda paytaxtda, eləcə də respublikanın bəzi bölgələrində müşahidə olunan yağışlı hava şəraiti yol hərəkəti iştirakçıları üçün əlavə çətinliklər yaradır, yol örtüyünün sürüşkənliyini artırır və görmə məsafəsini məhdudlaşdırmaqla yol-nəqliyyat hadisələrinin başvermə riskini yüksəldir. Primeinfo.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin yağışlı hava şəraiti ilə bağlı sürücülərə müraciətində bildirilir. İdarə sürücülərdən hava şəraitini düzgün qiymətləndirməyi, idarəetmə zamanı sürət həddinə ciddi riayət etməyi, ara məsafəsini normadan artıq saxlamağı, nəqliyyat vasitələrinin texniki sazlığını daim nəzarətdə tutmağı və qəfil manevrlərdən çəkinməyi xahiş edir: “Bildiririk ki, əlverişsiz hava şəraitində diqqətli, intizamlı və səbrli davranış hər bir hərəkət iştirakçısının təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır.
Zabrat-Maştağa yolunda subasma müşahidə edilən ərazilərə xüsusi texnikalar cəlb olunub. Primeinfo.az xəbər verir ki, intensiv yağan yağışlar nəticəsində həmin ərazilərə yığılmış suyun çəkilməsi davam edir. Qeyd edək ki, bu günlərdə Bakı Şəhər İcra Hakimiyyəti və onun tabeliyində olan strukturlar, rayon icra hakimiyyəti başçıları və onların aparatları gücləndirilmiş iş rejimində işləyirlər.
Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə qoşunlarının, Dövlət Yanğından Mühafizə, Xüsusi Riskli Xilasetmə və Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət xidmətlərinin və Bakı və Sumqayıt Regional mərkəzlərinin qüvvələri tərəfindən intensiv yağışlarla əlaqədar yaranan fəsadların aradan qaldırılması işləri fasiləsiz olaraq davam etdirilir. FHN-in Mətbuat xidmətindən Primeinfo.az-a verilən məlumata görə, hazırda Bakı şəhərinin Nizami, Sabunçu, Xəzər, Binəqədi, Suraxanı və Səbail rayonlarında, Sumqayıt şəhəri, Abşeron, Hacıqabul, Xızı, Şabran və Xaçmaz rayonları ərazisində müvafiq təhlükəsizik tədbirlərinin görülməsi işləri, o cümlədən suçəkmə və köməyə ehtiyacı olan vətəndaşların təxliyəsi tədbirləri həyata keçirilir. Nazirliyin qüvvələri tərəfindən həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində 17-si azyaşlı olmaqla 166 nəfər vətəndaş təhlükəsiz əraziyə təxliyə olunub.
Aprelin 4-dən başlayaraq ölkə ərazisində intensiv xarakterli yağıntılı hava şəraiti davam edir. Bakı Şəhər İcra Hakimiyyətindən Primeinfo.az-a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında aprelin 5-6-da düşən yağıntının miqdarı 90 mm qeydə alınıb ki, bu da aylıq normanın 390%-ni təşkil edir. Yağan yağışlar isə bir sıra fəsadlar törədib.
Aprelin 4-nə gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən Primeinfo.az-a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, səhərdən bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Yarımadanın ayrı-ayrı yerlərində yağışın intensiv olacağı, şimşək çaxacağı ehtimalı var.
Sabah Azərbaycanda hava necə olacaq? Aprelin 3-də gözlənilən hava proqnozu açıqlanıb. Bakıda və Abşeron yarımadasında hava necə olacaq?
Bakıda və Abşeron yarımadasında martın 31-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə Primeinfo.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, gündüz bəzi yerlərdə yağış yağacağı ehtimalı var.
Aramsız yağış paytaxtın Abşeron rayonunda da ciddi fəsadlar yaradıb. Primeinfo.az xəbər verir ki, bu əbarədə oxucular “Qafqazinfo”ya video göndəriblər. Vətəndaşlar qeyd edib ki, Xırdalan şəhərinin 26-cı məhəlləsindəki binanın zirzəmisini su basıb.
Bakı küçələrinin yağış suları ilə dolması ictimai nəqliyyatın hərəkətini də iflic edib.
Məlumat verildiyi kimi, Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən intensiv yağışlarla əlaqədar su basmış ərazilərdə müvafiq təhlükəsizik tədbirlərinin görülməsi işləri davam etdirilir. Primeinfo.az xəbər verir ki, görülmüş tədbirlər nəticəsində Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu ərazisində 8-i azyaşlı olmaqla ümumilikdə 42 nəfər vətəndaş təhlükəsiz əraziyə təxliyə edilib. Hazırda FHN-in qüvvələri tərəfindən köməyə ehtiyacı olan vətəndaşların təxliyəsi və digər zəruri təhlükəsizlik tədbirlərinin həyata keçirilməsi davam etdirilir.