Davam edən yağmurlu hava şəraiti ilə əlaqədar olaraq Bakı və Sumqayıt şəhərləri, eləcə də Azərbaycanın digər bölgələrində polis əməkdaşları gücləndirilmiş iş rejiminə keçib. Bu barədə Primeinfo.az-a Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib. Bildirilib ki, intensiv şəkildə davam edən yağışla bağlı vətəndaşların təhlükəsizliyinin təmini məqsədilə polis naryadları küçə və prospektlər boyu xidmətə cəlb ediliblər.
Xəbər verdiyimiz kimi, bu gün saat 21:45-də Tofiq Bəhramov adına Respublika Stadionunda “Qarabağ” – “Ayaks” oyunu start götürəcək. Lakin Bakıda müşahidə olunan yağışlı hava səbəbindən oyunun təxirə salınacağı ilə bağlı iddialar yayılıb. Primeinfo.az Globalinfo.az-a istinadən xəbər verir ki, məsələni dəqiqləşdirmək üçün “Qarabağ” FK ilə əlaqə saxlayıb.
Azərbaycanın rayonlarında noyabrın 14-ü axşamdan 15-i gündüzədək bəzi yerlərdə hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir. Primeinfo.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti xəbərdarlıq yayıb. Qeyd olunub ki, əsasən şərq rayonlarında yağıntının qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var.
Hazırda Bakıda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. Primeinfo.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin məlumatında deyilir. Bununla bağlı Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları tərəfindən məlumat-sürət tablolarında dəyişiklik edilib.
BDYPİ yağışlı hava ilə əlaqədar sürücülərə müraciət edib