Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: Yaxın Şərq

Aİ lideri: "Yaxın Şərqdə müharibədən qazanclı çıxan yeganə tərəf Rusiyadır"

Avropa İttifaqı (Aİ) Yaxın Şərqdə münaqişədə bütün tərəfləri maksimum təmkin göstərməyə və danışıqlar masasına qayıtmağa çağırıb. Primeinfo.az xəbər verir ki, bu barədə Aİ Şurasının Prezidenti Antonio Koşta Aİ səfirlərinin konfransında bildirib. Onun sözlərinə görə, enerji qiymətlərinin artması ilə Rusiya Ukraynaya qarşı apardığı müharibəni maliyyələşdirmək üçün yeni resurslar qazanır və Ukrayna cəbhəsinə diqqətin azalmasından faydalanır.

Daha 200 Azərbaycan vətəndaşı Yaxın Şərqdən təxliyə edilir - AZAL

Yaxın Şərq regionunda baş verən hadisələrlə əlaqədar regionda, o cümlədən Birləşmiş Ərəb Əmirliklərində qalan Azərbaycan vətəndaşlarının ölkəyə qayıdışı üçün Oman Sultanlığının Muskat şəhərindən Bakıya növbəti təxliyə reysi həyata keçirilir. “Azərbaycan Hava Yolları” QSC-dən (AZAL) Primeinfo.az-a bildirilib ki, AZAL-ın Muskat–Bakı marşrutu üzrə hərəkət edən “Boeing 787 Dreamliner” təyyarəsinin yaxın saatlarda Heydər Əliyev Beynəlxalq Aeroportuna enişi gözlənilir. Reys vasitəsilə ümumilikdə 200-ə yaxın Azərbaycan vətəndaşının təhlükəsiz şəkildə ölkəyə qayıtması planlaşdırılır.

Putin: "Yaxın Şərqdə sabitliyin pozulması enerji qiymətlərini artıracaq"

Rusiya Prezidenti Vladimir Putin bildirib ki, Moskva dəfələrlə Yaxın Şərqdə sabitliyin pozulmasının neft və qaz qiymətlərinin artmasına səbəb olacağı barədə xəbərdarlıq edib. Primeinfo.az “TASS”a istinadən xəbər verir ki, Putin bu barədə Kremldə dünya enerji bazarındakı vəziyyətə həsr olunmuş müşavirədə danışıb. “Rusiya dəfələrlə xəbərdarlıq edib ki, Yaxın Şərqdə vəziyyəti destabilizasiya etmək cəhdləri qaçılmaz olaraq qlobal yanacaq və enerji sisteminə zərbə vuracaq”, – deyə Rusiya prezidenti qeyd edib.

G7 ölkələri Yaxın Şərqdə təhlükəsizlik məsələlərini müzakirə ediblər

G7 ölkələrinin xarici işlər nazirləri Yaxın Şərqdə təhlükəsizlik məsələlərini müzakirə ediblər. Primeinfo.az xəbər verir ki, bu barədə Münxen Təhlükəsizlik Konfransı çərçivəsində keçirilən görüşdən sonra verilən birgə bəyanatda deyilir. ABŞ Dövlət Departamenti tərəfindən yayılan sənədə görə, G7 ölkələri Yaxın Şərqdə, o cümlədən İsrail, Qəzza zolağı, Livan, Suriya və İranda siyasi, humanitar və təhlükəsizlik məsələlərini müzakirə ediblər.

ABŞ Yaxın Şərqdə genişmiqyaslı təlimlərə başladı

ABŞ-ın Mərkəzi Komandanlığı (CENTCOM) Yaxın Şərq regionunda Hərbi Hava Qüvvələrinin genişmiqyaslı təlimlərinə start verib. Primeinfo.az xəbər verir ki, bu barədə CENTCOM məlumat yayıb. Təlimlər regionda gərginliyin pik həddə çatdığı, ABŞ-ın hava və dəniz qüvvələrinin misli görünməmiş şəkildə cəmləşdiyi bir dövrə təsadüf edir.

Tramp: "Yaxın zamanda daha bir münaqişəni həll edəcəyik"

“Yaxın Şərqdə sülh var, heç kim bunun mümkün olacağını düşünmürdü. Biz səkkiz müharibəni həll etmişik”. Primeinfo.az xəbər verir ki, bu sözləri Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp Davosda “Sülh Şurasının Nizamnaməsi” sənədinin imzalanma mərasimində deyib.

Türkiyə Prezidenti: “Trampla görüşlərimizi hər səviyyədə davam etdirəcəyik”

“Misir Sülh sammitinin Yaxın Şərqdə barışa gedən yolda yeni dönüş nöqtəsinin olmasını diləyirəm”. Primeinfo.az “Anadolu” Agentliyinə istinadən bildirir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qəzza zolağında atəşkəs razılaşmasının əldə olunmasına həsr olunmuş sammitdən qayıdarkən təyyarədə yerli mediaya müsahibəsində belə bildirib. O, ABŞ Prezidenti Donald Trampın bu məsələyə münasibətindən də danışıb: “Cənab Tramp dedi ki, bu prosesdə mənim üzərimə düşən nə varsa, telefon vasitəsilə əlaqə saxlayaq, telefon diplomatiyamızı unutmayaq.