Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: yeni il

Leyla Əliyevanın təşəbbüsü ilə Yevlax şəhərində uşaqlar üçün Yeni il tədbiri təşkil olunub - FOTO

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə yeni il ərəfəsində Yevlax şəhərində yaşayan uşaqlar üçün Yeni il tədbiri keçirilib. IDEA-dan Primeinfo.az-a verilən məlumata görə, bayram tədbiri çərçivəsində müxtəlif yaş qruplarına aid 30 uşağa velosipedlər, eləcə də təhlükəsizlik ləvazimatları hədiyyə olunub. Bu təşəbbüs balacalara Yeni il ərəfəsində xoşbəxtlik və bayram əhvali-ruhiyyəsi bəxş edib.

Bakı Yeni il ərəfəsində: yolkalar, işıqlar və xoş anlar - VİDEO

  Bakı Yeni il ərəfəsində tamam başqa cür görünür: şəhər parlaq işıqlara bürünüb, küçələrdə bayram musiqisi və insanların sevincli səsi eşidilir. Primeinfo.az AZƏRTAC-a istinadən bildirir ki, mərkəzdə qurulan bəzəkli yolkalar, vitrinlərdəki rəngarəng dekorlar və axşamlar yanıb-sönən işıqlar şəhərə nağıl ab-havası qatıb. Soyuq qış havasına baxmayaraq, küçələrdə hər kəsin Yeni il sevinci hiss olunur.

Xankəndidə ilk Yeni il yarmarkası keçiriləcək

Azad olunmuş ərazilərdə ilk dəfə “Kənddən Şəhərə” Yeni il yarmarkası təşkil olunacaq. Yarmarkanın dekabrın 27-29-da Xankəndi şəhərinin mərkəzində keçirilməsi nəzərdə tutulur. Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Aqrar Tədarük və Təchizat” ASC-nin təşkilatçılığı ilə baş tutacaq yarmarkada müxtəlif regionlardan gəlmiş fermerlər öz təsərrüfatlarında yetişdirdikləri məhsulları satışa çıxaracaqlar.

DİN-dən Yeni ildə kiberdələduzluq XƏBƏRDARLIĞI

Son dövrlərdə sosial şəbəkələrdə, xüsusilə “TikTok” platformasında “onlayn mağaza” adı altında fəaliyyət göstərən ayrı-ayrı səhifələr vasitəsilə vətəndaşların aldadılması, əvvəlcədən ödəniş etdikdən sonra pul vəsaitlərinin mənimsənilməsi halları qeydə alınır. DİN Mətbuat Xidmətindən Primeinfo.az-a bildirilib ki, bu cür səhifələr əsasən Yeni il ərəfəsində daha aktiv fəaliyyət göstərir, “xüsusi bayram endirimi”, “məhdud sayda məhsul”, “yalnız bu gün üçün kampaniya” kimi cəlbedici elan və paylaşımlar vasitəsilə vətəndaşların diqqətini cəlb etməyə çalışırlar. Sifariş qəbul edildikdən sonra isə məhsullar göndərilmir, səhifələr deaktiv edilir və ya vətəndaşlarla əlaqə tamamilə kəsilir.

Yeni ildə ardıcıl 5 gün iş olmayacaq

Yeni ildə bayramı ilə əlaqədar ardıcıl 5 gün iş olmayacaq. Primeinfo.az xəbər verir ki, bu il Azərbaycanda sonuncu qeyri-iş günü 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə təsadüf edir. 2026-cı ilin istehsalat təqviminə əsasən, 1 və 2 yanvar tarixləri Yeni il bayramı münasibətilə qeyri-iş günü hesab olunur.

AQTA-dan Yeni il hədiyyə qutuları ilə bağlı istehlakçılara MÜRACİƏT

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Yeni il hədiyyə qutularının satışının artması ilə əlaqədar istehlakçılara müraciət edib. AQTA-dan Primeinfo.az-a daxil olan müraciətdə bildirilir ki, uşaqlar üçün şirniyyatla dolu hədiyyə qutuları yalnız mağaza, yarmarka və digər rəsmi satış yerlərindən alınmalıdır. Qeyd olunub ki, bəzi hallarda qutunun üzərində göstərilən tarix içərisindəki məhsulların deyil, qablaşdırmanın tarixi olur.

Bakıda Yeni ilə hazırlıq işləri gedir - FOTO

31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il şənliklərinin keçirilməsi ilə əlaqədar Bakı şəhər və paytaxt rayonları icra hakimiyyətləri tərəfindən müvafiq hazırlıq tədbirləri həyata keçirilir. Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən Primeinfo.az-a bildirilib ki, artıq şəhərin parkları, meydan və küçələrinin bəzədilməsi, burada yeni il atributlarının, işıqlı çilçıraqların və digər dekorativ bəzəklərin quraşdırılması işləri yekunlaşmaq üzrədir. Aparılan bəzədilmə işləri paytaxtın gecə mənzərəsinə xüsusi gözəllik qatır.

Skandinaviya ölkələrinin əsas Milad yolkaları - FOTO

Milad yolkası qurmaq ənənəsi hələ XVI əsrdə yaranıb. Primeinfo.az AZƏRTAC-a istinadən bildirir ki, əhalisi katolik olan cənubi Almaniya və İsveçrədə yığıncaq yerləri yolkalarla bəzədilirdi. Budaqlara meyvə və pirojnalar asılırdı, on üçüncü gün isə uşaqlara ağacdan “məhsulu” yığışdırmağa icazə verilirdi.

Bayram tətilləri ilə bağlı – Rəsmi qərar hələ verilməyib

Ötən gün mediada 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar ölkədə bir həftəlik tətil olacağı barədə məlumat yayılıb. Primeinfo.az xəbər verir ki, məlumat sürətlə yayılsa da, bununla bağlı Nazirlər Kabinetinin (NK) hər hansı rəsmi açıqlaması yoxdur. Məsələ ilə bağlı Nazirlər Kabinetinə sorğu ünvanladıq.