Xəbər axtarın

Son axtarış nəticələri:

Tramp İran nümayəndələri ilə görüşə bilər

12.01.2026 10:39

ABŞ Prezidenti Donald Tramp İranın nüvə proqramını müzakirə etmək üçün ölkə nümayəndələri ilə görüşə bilər.

Primeinfo.az xəbər verir ki, bu barədə məlumatı “Reuters” yayıb.

Agentlik yazır ki, Tramp İran rəhbərliyinin nümayəndələrinin yanvarın 10-da ona zəng etdiklərini bildirib.

“Ola bilsin ki, biz görüşə qədər addım atmalı olacağıq. Danışıqlar hazırlıq mərhələsindədir. İrandan zəng vurmuşdular, danışıqlar istəyirlər”, – ABŞ lideri qeyd edib.

Paylaş: