Xəbər axtarın

Son axtarış nəticələri:

Tramp İlham Əliyev və Paşinyana təşəkkür edib

24.01.2026 14:56

ABŞ prezidenti Donald Tramp sülh sazişini dəstəklədiklərinə görə Azərbaycan Prezidenti İlham Əliyevə və Ermənistan Baş naziri Nikol Paşinyana təşəkkür edib.

Primeinfo.az xəbər verir ki, Tramp bu barədə öz “Truth” hesabında paylaşım edib.

“Keçən ilin avqust ayında imzaladığımız sülh sazişini dəstəklədiklərinə görə Azərbaycan Prezidenti İlham Əliyevə və Ermənistan baş naziri Nikol Paşinyana təşəkkür etmək istəyirəm.

Bu, xoşagəlməz bir müharibə idi və mənim başa vurduğum 8 müharibədən biri idi. Amma indi bizim rifah və sülhümüz var”, – Tramp bildirib.

Paylaş: