Xəbər axtarın

Son axtarış nəticələri:

Türk Hava Yolları martdan İrəvana uçuşlara başlayır

11.02.2026 14:35

Türk Hava Yolları martın 11-dən etibarən İrəvana gündəlik reyslərə başlayacaq.

Primeinfo.az xəbər verir ki, bu barədə Ermənistan mediası “Zvartnots” hava limanının mətbuat xidmətinə istinadən məlumat yayıb.

Məlumata görə, İstanbul-İrəvan-İstanbul marşrutu üzrə uçuşlar gündəlik olacaq, 14 maydan etibarən uçuşların sayı həftədə 10-a qədər artırılacaq, 15 iyundan sonra isə həftədə 14-ə çatacaq.

Paylaş: