Xəbər axtarın

Son axtarış nəticələri:

Türkiyə Prezidenti Türkmənistanda - FOTO

12.12.2025 13:16


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Beynəlxalq Sülh və Təhlükəsizlik Forumunda iştirak etmək üçün Türkmənistanın paytaxtı Aşqabada səfər edib.

Primeinfo.az xəbər verir ki, bu barədə Türkiyənin Prezident Administrasiyası məlumat yayıb.

Ərdoğan səfər çərçivəsində Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovla görüşüb.

Türkiyə Prezidenti Aşqabadda Neytrallıq Abidəsinin önünə əklilqoyma mərasimində də iştirak edib.

Mərasimdə həmçinin Beynəlxalq Sülh və Etimad Forumunda iştirak etmək üçün Türkmənistan paytaxtına gəlmiş dövlət və hökumət başçıları, o cümlədən Rusiya Prezidenti Vladimir Putin və İran Prezidenti Məsud Pezeşkan da iştirak ediblər.

Türkiyə liderini Türkmənistan səfərində həyat yoldaşı Əminə Ərdoğan, xarici işlər naziri, enerji və təbii ehtiyatlar naziri, prezidentin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə müşaviri və Türk Dövlətləri Təşkilatının (TDT) Ağsaqqallar Şurasının sədri müşayiət edir.

Onun təyyarəsi dünən Aşqabad Beynəlxalq Hava Limanına eniş edib və burada rəsmi qarşılanma mərasimi baş tutub. Ərdoğanı Türkmənistanın Nazirlər Kabinetinin sədr müavini Məmmədxan Çakıyev və Türkiyənin Aşqabaddakı səfiri Ahmet Demirok qarşılayıb.

 

Paylaş: