
“Azərbaycan daim sülhü, birliyi və həmrəyliyi müdafiə edən bir dövlətdir. Azərbaycanda 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan olunması təsadüfi deyil. Bu il həm tarixi köklərimizə, həm dövlətçilik iradəmizə, həm də azadlıq dəyərlərimizə dərin ehtiramın göstəricisidir”.
Primeinfo.az xəbər verir ki, bu sözləri Türkiyənin ölkəmizdəki səfiri Birol Akgün “Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin bərpası: beynəlxalq hüquqi aspektlər” mövzusunda keçirilən elmi-praktiki konfransda söyləyib.
O bildirib ki, 2020-ci ildə 44 günlük Vətən müharibəsi, 2023-cü ildə isə həyata keçirilən antiterror tədbirləri ilə Azərbaycan öz torpaqlarında tam suverenliyini bərpa etdi. Bu, tarixi ədalətin bərpası, böyük Qələbə və bütün Türk dünyası üçün qürur mənbəyidir.
Türkiyə hər zaman Azərbaycanın yanında olub. Prezident Rəcəb Tayyib Ərdoğanın açıq və qətiyyətli dəstəyi, “Azərbaycanın sevincini sevincimiz, kədərini kədərimiz bilirik” sözləri qardaşlığımızın rəmzidir”, – deyə diplomat əlavə edib.
O ümid etdiyini bildirib ki, yaxın vaxtlarda Zəngəzur dəhlizi ilə bağlı yekun anlaşmanın əldə olunması Türk dünyasını daha da birləşdirəcək.