Xəbər axtarın

Son axtarış nəticələri:

Türkiyədə əməliyyat: 35 tanınmış şəxs saxlanılıb, aralarında "Fənərbaxça" və "Qalatasaray"ın futbolçuları da var

05.12.2025 13:06

Türkiyədə futbolda mərc qalmaqalı ilə bağlı aparılan genişmiqyaslı araşdırma çərçivəsində yeni əməliyyat keçirilib.

Primeinfo.az NTV-tə istinadən xəbər verir ki, Türkiyə Futbol Federasiyasının hakimlərin mərc oyunlarında iştirak etdiyini aşkarlamasından sonra başlayan istintaq çərçivəsində əməliyyatlar genişlənib.

Əməliyyat nəticəsində İstanbul Baş Prokurorluğu sabiq hakim və idman şərhçisi Ahmet Çakarın da daxil olduğu çox sayda futbolçu və klub rəsmisinin saxlanıldığını açıqlayıb.

Ümumilikdə 27 futbolçunun, o cümlədən “Qalatasaray”ın oyunçusu Metehan Baltacının öz komandasının matçlarına mərc etdiyi müəyyən edilib.

“Fənərbaxça”nın futbolçusu Mert Hakan Yandaşın isə başqa şəxslər üzərindən leqal mərc saytlarında oynadığı bildirilib.

Maliyyə araşdırmalarında keçmiş “Adana Demirspor” rəhbəri Murat Sancak, sabiq hakim Ahmet Çakar və üst klasman hakimi Zorbay Küçük də “şübhəli əməliyyatlar” siyahısına daxil edilib.

17 şəhərdə keçirilən əməliyyatlarda 46 nəfər barədə qərar çıxarılıb və onlardan 35-i saxlanılıb.

 

Paylaş: