Xəbər axtarın

Son axtarış nəticələri:

Türkiyədə FETÖ əməliyyatı: 64 nəfər tutuldu - VİDEO

03.10.2025 12:00

“Türkiyədə FETÖ terror təşkilatına qarşı növbəti əməliyyatlarda 91 nəfər şübhəli saxlanılıb, onlardan 64 nəfəri həbs edilib”.

Primeinfo.az xəbər verir ki, bu barədə Türkiyə daxili işlər naziri Əli Yerlikaya “X” platformasında məlumat verib.

Nazirin sözlərinə görə, Fətullahçı Terror Təşkilatına (FETÖ) qarşı keçirilən əməliyyatlar son iki həftə ərzində Türkiyənin 30-a yaxın şəhərini əhatə edib.

Əməliyyatlar zamanı şübhəlilərin terror təşkilatının mövcud strukturu daxilində fəaliyyət göstərdikləri, məsul şəxslərlə pullu telefonlar vasitəsilə əlaqə saxladıqları, təşkilata maliyyə ayırdıqları, sosial media hesabları vasitəsilə FETÖ təbliğatını apardıqları müəyyən olunub.

“Prokurorluqda tutulan şəxslərlə bağlı araşdırmalara başlanılıb. Əməyi keçən hər bir kəsi təbrik edirəm”, – nazir bildirib.

Paylaş: