Xəbər axtarın

Son axtarış nəticələri:

Türkiyədə İŞİD-ə qarşı əməliyyat: 3 polis ölüb, 6 terrorçu zərərsizləşdirilib - YENİLƏNİB - VİDEO 

29.12.2025 13:46

Türkiyənin daxili işlər naziri Ali Yerlikaya bildirib ki, İŞİD-ə qarşı keçirilən əməliyyat zamanı 3 polis əməkdaşı şəhid olub:

“Həmçinin atışma zamanı 8 polis əməkdaşı və 1 mühafizəçi yaralanıb”.

Əməliyyat zamanı 6 İŞİD terrorçusu zərərsizləşdirilib.

Türkiyənin ədliyyə naziri Yılmaz Tunçun sözlərinə görə isə hadisə ilə bağlı 5 nəfər şüphəli qismində saxlanılıb.

***

10:45

Türkiyədə İŞİD üzvləri ilə toqquşmada yeddi polis yaralanıb.

Primeinfo.az xəbər verir ki, Türkiyənin şimal-qərbində yerləşən Yalova vilayətində İŞİD terror təşkilatının üzvləri ilə təhlükəsizlik qüvvələri arasında baş verən toqquşma nəticəsində yeddi polis əməkdaşı yaralanıb.

“TRT Haber”in məlumatına görə, polis Yalova şəhəri yaxınlığında terrorçuların gizləndiyi ehtimal olunan evə əməliyyat keçirib. Əməliyyat zamanı silahlı qarşıdurma baş verib.

Bildirilib ki, yaralanan polis əməkdaşlarının vəziyyəti ağır deyil.

Hadisə ilə bağlı araşdırma davam etdirilir.

Paylaş: