
İstanbulda jandarma qrupları tanınmış şəxslərə qarşı narkotik əməliyyatı keçirib.
Primeinfo.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, müxtəlif televiziya kanallarında xəbər təqdim edən Ela Rumeysa Cebeci, Meltem Acet və Hande Sarıoğlu saxlanılıb.
Ankarada saxlanılan Hande Sarıoğlunun İstanbula gətirildiyi qeyd olunub.
İstintaqın detalları ilə bağlı hələlik açıqlama verilmir.
Əməliyyat çərçivəsində digər tanınmış simaların da saxlanıldığı qeyd edilir.