Xəbər axtarın

Son axtarış nəticələri:

Türkiyənin məşhur müğənnisi öz doğum günündə vəfat etdi

12.11.2025 23:25

Türkiyə musiqi sənətinin tanınmış siması Muazzez Abacı 78 yaşında, öz doğum günündə vəfat edib.

Primeinfo.az xəbər verir ki, bu barədə “Hürriyet” məlumat yayıb.

Bildirilib ki, sənətçi bir neçə gün əvvəl qəfil ürəktutması səbəbindən xəstəxanaya yerləşdirilmişdi.

Muazzez Abacı 1947-ci il noyabrın 12-də Ankarada doğulub. 1973-cü ildən sənətdədir. Karyerası boyunca çoxsaylı musiqi mükafatlarına layiq görülüb, Türkiyədə “Türk sənət musiqisinin kraliçası” kimi tanınıb.

 

Paylaş: