Xəbər axtarın

Son axtarış nəticələri:

Vətəndaşları aldadıb 37 min manat alan şəxs - SAXLANILDI

10.11.2025 15:15

Ayrı-ayrı vətəndaşların dələduzluqla üzləşməsi və onlara ümumilikdə 37 min manatdan çox maddi zərər vurulması ilə bağlı polisə müraciətlər daxil olub.

Daxili İşlər Nazirliyindən Primeinfo.az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən dələduzluq əməllərini törətməkdə şübhəli bilinən 24 yaşlı F.Baxışov müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Paylaş: