
Xalq artisti Roza Cəlilova ilə vida mərasimi Təzəpir məscidində olacaq.
Primeinfo.az xəbər verir ki, vida mərasiminin ardınca cənazə dəfn olunmaq üçün İkinci Fəxri xiyabana aparılacaq.
97 yaşlı rəqqasə Roza Cəlilova bu gün səhər saatlarında yaşadığı mənzildə – Bakının Səbail rayonunda T.Elçin küçəsi, 5 ünvanında dünyasını dəyişib.
Qeyd edək ki, Roza Cəlilova 17 may 1929-cu ildə Qubada anadan olub. 1947-ci ildə Bakı Xoreoqrafiya məktəbini bitirib. İki il M.F.Axundov adına Opera və Balet Teatrının balet truppasında çalışıb. 1949-cu ildə M.Maqomaev adına Azərbaycan Dövlət Filarmoniyasının Mahnı və Rəqs Ansamblına keçib.
1965-ci ilə qədər ansamblın rəqs qrupunda solist kimi fəaliyyətini davam etdirib, 1965-1975-ci illərdə isə qrupa rəhbərlik edib.
Rəqqasə uzun illər xoreoqraf kimi də fəaliyyət göstərib. O, 1989-cu ildə yaratdığı “Gülüstan” Mahnı və Rəqs Ansamblı ilə populyarlaşaraq xarici ölkələrdən ardıcıl dəvətlər almağa başlayıb.
Onun repertuarında Azərbaycanın milli rəqsləri ilə bərabər bərabər ərəb, fars, hind və bir sıra başqa xalqların rəqsləri də böyük yer tutub.
Ümumdünya festivallarının və beynəlxalq müsabiqələrin laureatı olan Roza Cəlilova “Gülüstan” ansamblı ilə bərabər Bakı Dövlət Universiteti nəzdində olan “Sevinc” rəqs ansamblına da rəhbərlik edib.
2007-ci ildə “Xalq artisti” fəxri adını alıb.