
Azərbaycan Xarici İşlər Nazirliyi Türkiyəni BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasına (COP31) ev sahibliyi etmək üçün seçilməsi və Avstraliyanı Danışıqların Prezidenti seçilməsi münasibətilə təbrik edib.
Primeinfo.az xəbər verir ki, bu barədə nazirliyin “X” hesabında paylaşım edilib.
“Biz qardaş Türkiyəni BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasına (COP31) ev sahibliyi etmək üçün seçilməsi və Avstraliyanı Danışıqların Prezidenti seçilməsi münasibətilə səmimi qəlbdən təbrik edirik.
COP29-un Prezidenti olaraq, Azərbaycan bu mühüm missiyanın uğurla həyata keçirilməsini dəstəkləmək üçün heç bir səyini əsirgəməyəcəkdir.
Biz hər iki ölkəyə uğurlar arzu edirik və əminik ki, COP31 iqlim dəyişikliyi ilə mübarizədə qlobal səylərə mühüm töhfələr verəcəkdir”, – paylaşımda qeyd olunub.
We extend heartfelt congratulations to brotherly Türkiye on being selected to host the 31st session of the Conference of the Parties to the UN Framework Convention on Climate Change (COP31), and to Australia on being selected as a President of Negotiations.
As the President of…
— MFA Azerbaijan 🇦🇿 (@AzerbaijanMFA) November 24, 2025