Xəbər axtarın

Son axtarış nəticələri:

Zelenski: "ABŞ-ın sanksiyaları Rusiyanın maliyyə itkisini artıracaq"

31.10.2025 23:52

“ABŞ-ın Rusiyaya qarşı yeni sanksiyaları Moskva üçün milyardlarla dollar itkiyə səbəb olacaq”.

Globalinfo.az xəbər verir ki, bunuUkrayna Prezidenti Volodimir Zelenski deyib.

Onun sözlərinə görə, Kiyev Vaşinqtonun Moskvaya qarşı yeni sanksiyalarını yumşaltmayacağını gözləyir. Ukraynanın hesablamalarına görə, sanksiyaların tətbiqi Rusiya üçün təxminən 5 milyard dollar itkiyə səbəb olacaq.

Prezident qeyd edib ki, Ukrayna ABŞ-dan ardıcıl tərəfdaşlıq gözləyir.

“Rusiyanın nə qədər pul itirəcəyini görəcəyik. Kimsə aktivləri yenidən qeydiyyata almaq və ya satmaq üçün yollar axtara bilər. Avropa Birliyi daxilində yerləşən aktivlərin işləməməsi bizim üçün çox vacibdir. Ukrayna müvafiq məlumatları tərəfdaşlarla bölüşməyə və düşmənə hələ də fayda verə biləcək aktivlərin bloklanmasını təmin etməyə çalışır”, – deyə Zelenski vurğulayıb.

Paylaş: