
Ukrayna Prezidenti Volodimir Zelenski noyabrın 19-da Türkiyəyə səfər edəcək.
Primeinfo.az xəbər verir ki, bu barədə o, özünün “Teleqram” kanalında məlumat verib.
Zelenski sabah Türkiyədə görüşlərin olacağını bildirib:
“Danışıqları intensivləşdirməyə hazırlaşırıq və tərəfdaşlarımıza təklif edəcəyimiz həll yolları hazırlamışıq. Ukraynanın əsas prioriteti müharibəyə son qoymaq üçün mümkün olan hər şeyi etməkdir. Həmçinin əsirlərin qaytarılmasını bərpa etmək üçün çalışırıq”.