Xəbər axtarın

Son axtarış nəticələri:

Aygün Muradxanlı: "5-ci kolon"un dərdi Azərbaycanın güclənməməsidir" - VİDEO

25.10.2025 16:22

“Prezident İlham Əliyev hər dəfə çıxışında deyir ki, biz Türk dünyasına, Türk ailəsinə aidik. Bizim başqa ailəmiz yoxdur. Çünki o, bir dövlət başçısı, bu ölkənin yönəticisi kimi hər şeyi daha aydın görür”.

Primeinfo.az xəbər verir ki, bu sözləri jurnalist Aygün Muradxanlı Prime TV-nin “Qırmızı masa” proqramında deyib.

Onun sözlərinə görə, ölkə rəhbəri İlham Əliyev Türkiyə ilə müttəfiqliyin Azərbaycana və regiona hansı uğurları gətirdiyini görür və o istiqamətdə addım atır:

“Bəs bu tərəf nə edir? O xətti vurur! Niyə? Çünki o xətt Azərbaycanı gücləndirir. Bunların dərdi Azərbaycanın güclənməməsidir. Bax Türkiyəni etibarsızlaşdırmaq cəhdlərinin arxasında da bu dayanır. Guya Rusiya çox mələkdir, qanadları çatmırmış. Türkiyə isə bütün hallarda bir gün Azərbaycandan çıxıb gedəcək. Türkiyə heç yerə getməyəcək!”

A.Muradxanlı deyib ki, Rusiyanın sosial şəbəkələrdə yaratdığı qruplarda da dini söhbətlər vasitəsilə Azərbaycan-Türk Birliyinə qarşı anti-təbliğat kampaniyaları aparılır.

 

Paylaş: